Məhkəmə qərarları › İş №3(051)-361/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-361/2021

01.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-361/2021 01.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı Məhkəmə iclas katibi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Ağğdam rayonu Muradbəyli kəndində qeydiyyatda olan, Mingəçevir şəhəri N.Nərimanov küçəsi 5 №li evin 6 №li mənzilində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.2 və 332.4-cü maddələri ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2021-ci ildə “VAZ 21074” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşını nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan idarə edərək ötmə qaydasını yol nəqliyyat hadisəsi törətməklə “BMW” markalı **-FP-*** dövlət qeydiyyat nişanı avtomaşınla toqquşmuş, nəticədə “BMW” markalı avtomaşına zərər dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. “VAZ 21074” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomaşın ona məxsusdur. xx.xx.2020-ci ildə saat 08:50 radələrində özünə məxsus həmin avtomaşını götürüb, idarə edərək şəhərin Mingəçevir şəhəri Tekstilni küçəsi tərəfə getdi. Tekstilni küçəsində düzgün dönməyərək “BMW” markalı **-FP-*** dövlət qeydiyyat nişanı avtomaşınla toqquşdu. Nəticədə həmin avtomaşına ziyan dəydi. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, “BMW” markalı **- FP-*** dövlət qeydiyyat nişanlı avtomaşın ona məxsusdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yol hərəkət qaydalarını pozması nəticəsində ona məxsus avtomaşına ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Lakin Şəxs şikayəti yoxdur, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Toplanmış sübutlara məcmuu halda qiymət verərək hesab edirəm ki, Şəxs oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddələrin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2.-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşiman olması, ilk dəfə inzibati məsuliyyətə cəlb olunması, zərərçəkmiş şəxslə razılıq əldə etməsi, məsuliyyəti yüngülləşdirən haldır. Məsuliyyət ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halları, eləcə də məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati cərimə tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən məqsədlərə nail olması üçün kifayətdir və inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutub Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.2 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar