Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-361/2024 27.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Zərərçəkmiş şəxs: X1 Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1971-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, H.Əliyev prospekti ev 31, mənzil 38 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə 7 saylı məktəbin stadionu yaxınlığında, yəni D.Əliyeva küçəsində saat 10:30 radələrində bacısı Tünzalə Ağayevanı döymüşdür. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi, zərərçəkmiş şəxsin izahatı və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxs onun bacısıdır, bacısı 7 saylı orta məktəbdə “Rus-dili” fənn müəllimi işləyir. O, xx.xx.2024-cü il tarixdə, saat 10:30 radələrində bacısı, Tünzalə Ağayevanın işlədiyi 7 saylı orta məktəbə gəlmiş, məktəbin kənarına, stadionun yanına getmişlər, orada bacısı Tünzalə Ağayevaya anasını niyə ona göstərmədiyini demiş, aralarında mübahisə yaranmış və Tünzalə Ağayeva ona sənin arvadın axmaqdır ifadəsi işlətdiyi üçün, o da, ona əlinin arxası ilə vuraraq, sus demiş, T.Ağayeva isə çantası ilə onun başına vurmuşdur. O, isə ona yumruq vurmaq istəmiş, lakin yumruğun ona dəyib-dəyməməsini görməmişdir. Əməlindən peşmandırr. Odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə almasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, o və Şəxs bacı-qardaşdırlar. Şəxs 2002-ci ildə Azərbaycan Respublikası CM- nin 234.4.1-ci maddəsi ilə, 2014-cü il tarixdə isə 221.2.1 -ci maddəsi ilə məhkum olunmuş, azadlığa buraxıldıqdan sonra isə valideynləri ona və ailəsinə başqa ev almış, lakin daha sonra o, həmin evini də satmışdır. Daha sonra onların atası Həsən Hüseynov üç il bundan öncə “Korona Virus” xəstəliyindən vəfat etmiş və anasında uzun müddətdir ki, yaddaş pozuntusu xəstəliyi olduğu üçün hal-hazırda onun evində, onun ailəsi ilə birlikdə yaşayır, anası yer xəstəsi olduğu üçün o, ona baxır. Lakin Şəxs, anasının aldığı pensiyanı ələ keçirmək üçün anasının onunla yaşamasını tələb etmiş, o, isə qardaşı onun anasına baxa bilməyəcəyini, məqsəd anasının aldığı pensiya olduğunu deyərək, qardaşına qarşı çıxaraq, anasına özü baxacağını demişdir. Buna görə də, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:30 radələrində onun işlədiyi 7 saylı orta məktəbə gəlmiş, həmin vaxt məktəbin önündə şagirdlər arasında rəsm müsabiqəsi keçirildiyindən, o, qardaşını kənardan onun tərəfə gəldiyini görmüş və orada səs-küy salacağını başa düşərək, məktəbin kənarına, stadionun yanına getmiş, Şəxs isə onun yanına gələrək, orada onun üzərinə getmiş, əli ilə onun üz nahiyyəsindən, ayağı ilə isə onun sinə və sol ayaq nahiyyəsindən vurmuş, o, qışqırdıqda, Şəxs oradan çıxıb getmiş, həmin vaxt baş verən prosesləri məktəbin direktor müavini, X4 da görmüşdür. Onun hərəkətləri ona pis təsir etdiyi üçün həmin gün şəhər polis şöbəsinə gedərək döyülməsi barədə ərizə ilə müraciət etmişdir. Hazırda Şəxs şikayətçidir. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir və onun barəsində İXM-in 157-ci maddəsinə əsasən tədbir görülməsi üçün aidiyyəti üzrə göndərilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, Şəxs barəsində AR İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli 236 saylı ekspert rəyindən görünür ki, X1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarət- alt dodağında qasızma küt əşyanın təsirindən əmələ gəlmişdir. Yetirilmə müddətləri qərarda göstərilən 29.04.202-cü il tarixə uyğun gələ bilər. Sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə 7 saylı məktəbin stadionu yaxınlığında, yəni D.Əliyeva küçəsində saat 10:30 radələrində bacısı X2 vuraraq ona qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs ilk dəfə inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını, həmçinin inzibati xətanı ilk dəfə törətməsəini nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 350 (üç yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-361/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-361/2024
27.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver