Məhkəmə qərarları › İş №3(051)-362/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-362/2023

15.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-362/2023 15.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı Məhkəmə iclas katibi X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1951-ci ildə Yevlax rayonunun Gülövşə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, təqaüdçü, Yevlax rayonunun Gülövşə kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.2 və 332.4-cü maddələri ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Şəxs xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində idarə etdiyi “VAZ 21061” minik markalı 55BP224 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Chevrolet cruze” markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Chevrolet cruze” markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə ciddi maddi zərər dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində Mingəçevir şəhəri 20 Yanvar küçəsi ilə D.Əliyeva küçəsi istiqamətində idarə etdiyi “VAZ 21061” minik markalı 55BP224 dövlət qeydiyyat nişanlı avtomobillə düzünə hərəkətdə olan zaman H.Əliyev prospektinin kəsişməsində işıqforun qırmızı işığının yandığını gördü. Lakin işıqforun qadağanedici işarəsinin tələbini pozaraq yolayrıcına daxil oldu. Həmin vaxt H.Əliyev prospektində düzünə hərəkətdə olan və sağ tərəfindən “Chevrolet cruze” markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilin gəldiyini gec gördü. O, idarə etdiyi “VAZ 21061” minik markalı 55BP224 dövlət qeydiyyat nişanlı avtomobili saxlaya bilmədi, sözügedən avtomobillə “Chevrolet cruze” markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yol vermədən işıqforun qırmızı işığında yolayrıcına daxil oldu. Nəticədə “Chevrolet cruze” markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşdu, həmin avtomobilə ziyan dəydi. Toqquşma nəticəsində heç kim xəsarət almadı. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 15:00 radələrində Mingəçevir şəhəri 20 Yanvar küçəsi ilə D.Əliyeva küçəsi istiqamətində idarə etdiyi “Chevrolet cruze” markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobillə düzünə hərəkətdə olan zaman 20 Yanvar küçəsinin kəsişməsində “VAZ 21061” minik markalı 55BP224 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü işıqforun qırmızı işığında dayanmadan hərəkətini davam etdirib, yolayrıcına daxil olub, sol yan hissəsindən üzərinə gəldi. O, idarə etdiyi “Chevrolet cruze” markalı **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobili nə qədər sağa çəksə də hadisədən yayına bilmədi. Nəticədə idarə etdiyi avtomobillə “VAZ 21061” minik markalı 55BP224 dövlət qeydiyyat nişanlı avtomobil toqquşdu. Toqquşma nəticəsində heç kim xəsarət almadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs yol hərəkət qaydalarını pozması nəticəsində avtomobilinə ziyan dəymişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Lakin Şəxs şikayəti yoxdur, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Toplanmış sübutlara məcmuu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.2 və 332.4-cü maddələrinin tərkibi vardır və həmin maddələr ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2.-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşiman olması, zərərçəkmiş şəxslə razılıq əldə etməsi məsuliyyəti yüngülləşdirən hallardır. Məsuliyyət ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halları, eləcə də məsuliyyəti ağırlaşdıran halın olmamasını nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati cərimə tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən məqsədlərə nail olması üçün kifayətdir və inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130cu maddələrini rəhbər tutub Qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.2 və 332.4-cü maddələrində nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar