Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-362/2024 13.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının, Əliyeva Əminə Malik qızını katibliyi ilə, Mingəçevir ŞPŞ-nin İTB-nın polis sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.1964-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbayjan Respublikası vətəndaşı, subay, Mingəçevir şəhər, Günəş küçəsi, ev 1-A qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki ov silahını əldə edərək saxlamış və həmin silaha heç bir dövlət orqanından istifadə üçün icazə almamışdır. Bu hərəkətləri ilə o, Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X4 məhkəmə iclası zamanı izahatında protokolun dəlillərini müdafiə etdi və şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək, atasının varisi olduğu üçün ov silahının müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə alınması vacib olduğunu bilmirdi. Əməlindən peşman olmasını göstərdi və məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş etdi. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki ov silahını əldə edərək saxlamış və həmin silaha heç bir dövlət orqanından istifadə üçün icazə almayaraq inzibati xəta törətmişdir. İşə əlavə edilmiş AZ-İ № 107425 saylı ölüm haqqında şəhadətnamədən müəyyən olunur ki, X5 xx.xx.2004-cü il tarixdə ölmüşdür. Ölüm haqqında qeyd xx.xx.2004-cü il tarixdə 367№ ilə qeydlər kitabına qeyd edilmişdir. İşə əlavə edilmiş Azərbaycan respublikasının Ədliyyə Nazirliyinin verdiyi arayışdan müəyyən olunur ki, X2 vərəsəsi Şəxs adına xx.xx.2008-ci il tarixdə, 2V-33 reyestr saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsi verilmişdir. İş materiallarına əlavə edilmiş 379-li ərizə kartından müəyyən olunur ki, X3 05 yanvar 1995-ci ildən 05 yanvar 1998-ci il tarixinə kimi “Tula” markalı 16 kalibrli 2047№-li ov tüfəngin alınmasına ona icazə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli raportdan müəyyən olunur ki, Mingəçevir ŞPŞ-nin İTB-nin, polis sahə rəisi, polis kapitanı Kərimli Amil xx.xx.2024-cü il tarixdə icraatında saat 11:20 radələrində ünvan 1 ünvanında mülki silahın yoxlanılması zamanı 2004-cü il ildə vəfat etmiş X2 adına qeydiyyatda olan “Tula” markalı 16 kalibrli 2047№-li ov tüfəngi onun oğlu Şəxs saxlasa da öz adına rəsmiləşdirilməsi müəyyən olunmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan mülki ov silahını əldə edərək saxlamış və həmin silaha heç bir dövlət orqanından istifadə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici ifadəsi, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə - silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə hesab edir ki, Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 590.2-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə, inzibati xəta törətmiş şəxsin izahatını, inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs ona istinad olunan inzibati xətanı törətməsi tam sübuta yetirilir. Məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin əməlindən peşman olmasını, onun təqsirinin dərəcəsini və digər əhəmiyyətli halları nəzərə alaraq hesab edir ki, “Tula” markalı 16 kalibrli 2047№-li ov tüfəngi müsadirə olunmaqla, Şəxs barəsində 80 manat məbləğində inzibati cərimənin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 35.1, 35.2, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, “Tula” markalı 16 kalibrli 2047№-li ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, onun alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Mingəçevir şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-362/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-362/2024
13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver