Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-362/2025 22.09.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynli Tural Mirbahəddin oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs etibarnamə üzrə nümayəndəsi – vəkil Nümayəndə1 iştirakı ilə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə materiala baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X11 Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə təqsirləndirilən Şəxs MMC barəsində toplanmış inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-362/2025 xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinmiş və həmin Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddət başa çatdığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-362/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq İdarəsi şikayət vermiş, həmin şikayət inzibati xəta haqqında işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmiş, Şəki Apellyasiya Məhkəməsinin 3(107)-225/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 2 iyul 2025-cü il tarixli, 3(051)-362/2025 saylı qərarı ləğv edilmiş, inzibati xəta haqqında qərar və materiallar üzrə olan inzibati xəta haqqında iş mahiyyəti üzrə yenidən araşdırılaraq baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə qaytarılması qərara alınmışdır. İş üzrə inzibati xəta haqqında protokola əsasən Şəxs MMC-də Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi müəyyən olunmuşdur. Buna görə də, Şəxs MMC-nin barəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin X11 Şöbəsi tərəfindən İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. İşə yenidən baxılması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə1 izahatında bildirdi ki, səlahiyyətli şəxs tərəfindən tərtib edilmiş inzibati xəta haqqında materiallar düzgün tərtib edilməmişdir. İnzibati xəta haqqında protokolla razı deyillər. Belə ki, aktda satış təmsilçisi qeyd olunan X4 Şəxs MMC-nin deyil, “Carlsberq” şirkətinin işçisidir. Şəxs MMC-nin isə “Carlsberq” şirkəti ilə aralarında xidmətlərin göstərilməsi barədə müqavilə vardır. Bununla bağlı lazım olan bütün sübutları məhkəməyə təqdim etmişlər. Hesab edir ki, tərtib edilmiş protokol əsassız olduğu üçün icraata xitam verilməlidir. Məhkəmə iclası zamanı şahid qismində izahat vermiş X4 bildirmişdir ki, 06 noyabr 2024-cü il tarixli aktın tərtib olunmasında iştirak etməmiş, imza ona məxsus deyildir. Onun “Carlsberq” şirkəti ilə xidmət müqaviləsi vardır və həmin şirkətin satış təmsilçisidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X11 Şöbəsinin nümayəndəsinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin əvvəlki məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, vətəndaş X2 Şəxs MMC-də əmək hüquqlarının pozulması barədə X7 Xidmətinə ünvanlandığı müraciətinə Xidmətin X11 şöbəsində baxılmışdır. Şəxs MMC tərəfindən təqdim edilən 21 aprel 2025-ci il tarixli 1 nömrəli məktub və sənədlərə baxış zamanı 06 noyabr 2024-cü il tarixli aktda adı qeyd olunan satış təmsilçisi X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin “Əmək və məşğulluq” altsisteminə baxış keçirilən zaman Cəmiyyətin işəgötürəni ilə əmək müqaviləsinin bağlanılmasına dair bildirişi mövcud olmadığı üçün barəsində inzibati icraat başlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X1 Sisteminin “Əmək və məşğulluq” altsisteminə baxış keçirilən zaman Şəxs MMC-nin işəgötürəni tərəfindən X4 ilə əmək müqaviləsinin bağlanılmadığı müəyyən edilmişdir. Qeyd olunan hal inzibati xəta halıdır. Bununla bağlı tərəflərindən Şəxs MMC-nin direktoru Röyal Quliyevin ünvanına protokola dəvət məktubu göndərilmişdir. 28 aprel 2025-ci il tarixdə məktub ünvana çatmış, lakin protokol tərtib edilərkən Cəmiyyətin nümayəndəliyindən iştirak təmin edilməmişdir. Tərəflərindən Şəxs MMC barəsində 05 may 2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati xəta haqqında icraata başlanmışdır. Məhkəmə işə, qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Sübutların tədqiqi: İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X7 Xidmətinin X11 Şöbəsinin xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə protokoldan görünür ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati icraat başlanılaraq material baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 06 noyabr 2024-cü il tarixli aktdan görünür ki, keçirilmiş auditin yekunu üzrə Sərxan Əsgərzadənin mərkəzi xəzinədarlığa borclu olduğu məbləğin 21000 manat olduğu müəyyən edilmişdir. Akta imza edənlər isə satış təmsilçisi 1.X5. 2. satış təmsilçisi X4 qeyd olunmuşdur. İş materiallarında olan xidmət müqaviləsindən görünür ki, fiziki şəxs X4 ilə "xxxx" MMC arasında xidmət müqaviləsi bağlanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən Şəxs MMC-yə ünvanlanan 23 aprel 2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntularına yol verilməsinə görə 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə və xx.xx.2024-cü il tarixli aktda adı qeyd olunan satış təmsilçisi X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Sisteminin “Əmək və Məşğulluq” alt sisteminə baxış keçirilən zaman sizinlə əmək müqaviləsinin bağlanmasına dair bildirişin mövcud olmadığı üçün 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə barəsində inzibati icraatın başlanması nəzərədə tutulduğu bildirilmişdir. Məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə daxil olmuş inzibati iş üzrə materialları və sübutları nəzərdən keçirdib belə qərara gəlir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə, inzibati xəta haqqında protokola və əlavə edilmiş təqdim edilmiş materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, DƏMX-nin X11 şöbəsinin vəzifəli şəxsi qərar qəbul edərkən vəzifəli şəxs, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hər cür faktiki məlumatlara əsaslanmalı idi. Buna baxmayaraq DƏMX-nin X11 şöbəsinin məhkəməyə təqdim etdiyi sübutlar mötəbər olmamaqla yanaşı İXM-in 192.1-ci maddəsində göstərilən xətanın mövcud olduğunu və həmin xətanın məhz şikayətçi tərəfindən törədildiyini sübuta yetirə bilmir. Əksinə iş materiallarına əlavə edilmiş 06 noyabr 2024-cü il tarixli aktdan görünür ki, keçirilmiş auditin yekunu üzrə Sərxan Əsgərzadənin mərkəzi xəzinədarlığa borclu olduğu məbləğin 21000 manat olduğu müəyyən edilmişdir. Akta imza edənlər isə satış təmsilçisi 1.X5. 2. satış təmsilçisi X4 qeyd olunmuşdur. Lakin həmin aktın tərtib olunması ilə qeyd olunan inzibati xətanın törədilməsi şəxsin həqiqətən də təqsirli bilinməsinə əsas verə bilməz. Bununla görünür ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında protokola baxılarkən, İnzibati Xətalar Məcəlləsinin tələbləri əhəmiyyətli dərəcədə pozulmuş və barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə imkan yaradılmamış və inzibati xəta haqqında işə barəsində protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmışdır. Məhkəmə bir daha qeyd edir ki, X4 adlı şəxsin DƏMX-nin X11 şöbəsinin istinad etdiyi və iş materiallarına əlavə olunmuş 06 noyabr 2024-cü il aktda göstərilməsi hələ Şəxs MMC tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən adı çəkilən şəxsi hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hesab etmək olmaz. Məhkəmə bu mövqeyini belə əsaslandırır ki, ilk olaraq qeyd olunan aktın hər hansı hüquqi qüvvəsi yoxdur. Həmin aktda qeyd olunan X4 adlı şəxsin şəxsiyyəti ilə bağlı olan məlumatlar qeyri-müəyyəndir(bu ad, soyad və ata adında bir çox şəxs ola bilər). Həmçinin ilk baxışda aktda qeyd olunan Ehtiram Həsənovun imzası ilə şəxsiyyət vəsiqəsi təqdim olunmuş Ehtiram Həsənovun imzası eyni görünmür. Bundan əlavə, qeyd olunan akt Şəxs MMC tərəfindən təqdim olunsa da həmin akta imza etmiş şəxslərin məhz həmin MMC-də işləməsi(rəsmi və ya qeyri-rəsmi) mütləq hesab olunan hal deyil. Belə ki, faktı təsdiq etmək üçün tərtib olunan akt kənar şəxslərin iştirakı ilə də tərtib oluna bilər(məsələn: mağaza müdiri, mal sahibi və ya hal şahidlərinin iştirakı ilə). Hansı ki Ehtiram Həsənov da məhkəmə iclasında izahat verərkən "xxxx" MMC ilə xidmət müqaviləsi olduğunu və həmin şirkətin satış təmsilçiliyini həyata keçirdiyini qeyd etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Аzərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Аzərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Аzərbаycаn Respublikаsı İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 128-136-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi Tural Hüseynli
Məhkəmə qərarları › İş №3(051)-362/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-362/2025
22.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver