Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-363/2020 07.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, xx xxxxxxxx 2001-ci ildə Mingəçevir şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.5 və 211.1-ci maddələri ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Şəxs xx xxxx 2020-ci il tarixdə saat 00:30 radələrində sürücülük hüququ olmadan “Mersedes” markalı avtobusla sərnişinləri əyləşdirərək Mingəçevir şəhəri H.Əliyev prospektində hərəkət etməklə karantin rejimi qaydalarını pozmuşdur. Bu səbəbdən də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.5 və 211.1-ci maddələri ilə protokol tərtib edilərək məhkəməyə verilmişdir. Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, sürücülük hüququ yoxdur. xx xxxx 2020-ci il tarixdə saat 00:30 radələrində “Mersedes” markalı avtobusla sərnişinləri əyləşdirərək Mingəçevir şəhəri H.Əliyev prospektində hərəkət etməklə karantin rejimi qaydalarını pozmuşdur. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcək. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 332.1, 332.5 və 211.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini ağırlaşdıran hay yoxdur. İnzibati xəta törətməsindən səmimi peşman olması məsuliyyətini yüngülləşdirən haldır. Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə işin hallarına görə pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, ona inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Belə ki, iş materiallarından və Şəxs özünün də izahatından da görünür ki, onun sürücülük hüququ yoxdur və ölkədə tətbiq olunan karantin rejimində qanunla qadağan olunmasına baxmayaraq sərnişin daşıma fəaliyyəti ilə məşğul olmuşdur və bununla da karantin qaydalarını kobud surətdə pozmuşdur. Bundan əlavə məhkəmə araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs əməlində hər üç maddənin tərkibi vardır. Lakin buna baxmayaraq məhkəmə sanksiyası daha ağır olan maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tətbiq etməlidir. Qanunun tələbindən də göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 332.5-ci maddəsinin sansiyası daha ağırdır və digər maddələr üzrə inzibati tənbeh həmin inzibati tənbeh ilə əhatə olunmalıdır. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1, 332.5 və 211.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxx 2020-cu il tarixdən, saat 01:00-dan hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-363/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-363/2020
07.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver