Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-363/2023 17.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1994-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Yevlax şəhəri C.Kərimov küçəsi mənzil 116 yaşayış yeri üzrə qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı Mingəçevir şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Bəyaz wedding by Xəyalə” adlı gözəllik salonunda Zərərçəkmiş şəxs əli ilə vuraraq fiziki ağrı yetirərək onu qəsdən döymüşdür. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi, zərərçəkmiş şəxsin izahatı və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qızı Türkan Qocayeva 2-3 ay əvvəl onun işlədiyi “Bəyaz wedding by Xəyalə” gözəllik salonuna ondan dırnaq qaynağı öyrənmək üçün gəlib-gedirdi. Türkan Qocayeva ona dırnaq qaynağı etmək üçün xüsusi cihaz gətirməsini xahiş etmiş, buna görə də T.Qocayevadan 135 manat almış və Bakı şəhərindən onun üçün dırnaq qaynağı aparatı gətizdirmişdir. Türkan Qocayeva bir müddət həmin cihazı işlətdikdən sonra ona geri qaytarıb nasaz olmasını iddia etmiş və cihaz üçün verdiyi 135 manat pulu geri tələb etmişdir. Bu səbəbdən T.Qocayevə ilə aralarında sözlə mübahisə olmuş, yekunda isə ondan cihaz üçün aldığı 135 manat pulun geri qaytarmasını tələb etmişdir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində isə Türkan Qocayevanın anası Zərərçəkmiş şəxs onun işlədiyi salona gələrək onunla kobud tərzdə danışmış, bu səbəbdən aralarında sözlə mübahisə yaranmış və mübahisə zamanı əsəbləşərək Zərərçəkmiş şəxs üzərinə gedib qəsdən hər iki əlləri ilə onun sağ əlinin üst nahiyyəsini cırmaqlayaraq ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Əməlindən peşman deyildir. Odur ki, məhkəmədən izahatında göstərilənləri nəzərə almaqla, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, Şəxs bir müddət əvvəl tanıyır. Belə ki qızı Türkan Qocayevə 2-3 ay əvvəl Şəxs hazırda işlədiyi “Bəyaz wedding by Xəyalə” gözəllik salonuna ondan dırnaq qaynağını öyrənmək üçün gedib-gəlirdi, həmin zaman ərəfəsində qızı Türkan Qocayevanın xahişi ilə Cəmilə Abdullayevə ona dırnaq qaynağını etmək üçün Bakı şəhərindən xüsusi cihaz gətirtməsini xahiş etmiş, qızı T.Qocayevə bir müddət həmin xüsusi cihazı işlətdikdən sonra nasaz olmasını hiss edib Şəxs geri qaytarmış və ondan həmin cihaz üçün ödədiyi 135 manat pulun geri qaytarmasını bildirmişdir. Şəxs nasaz cihazın pulunu geri alan zaman sonuncu ona zəng edib nəlayiq ifadələrlə təhqir etmiş, bu səbəbdən aralarında narazılıq yaranmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Şəxs hazırda işlədiyi “Bəyaz wedding by Xəyalə” gözəllik salonuna getmiş və onu yanına çağırıb hadisəni aydınlaşdırmağa çalışmışdır. Həmin vaxt Şəxs onunla kobud tərzdə danışdığı üçün aralarında mübahisə yaranmış və mübahisə zamanı Şəxs onun üzərinə gedərək qəsdən hər iki əlləri ilə onun sağ əlinin üst nahiyyəsini cırmaqlayaraq ona dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Şəxs hərəkətləri ona pis təsir etdiyi üçün həmin gün şəhər polis şöbəsinə gedərək döyülməsi barədə ərizə ilə müraciət etmişdir. Hazırda Şəxs şikayətçidir. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. İşdə olan xx.xx.2023-cü il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi əlamətləri olmadığından cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli qərardaddan görünür ki, Şəxs barəsində AR İXMnin 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı Mingəçevir şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Bəyaz wedding by Xəyalə” adlı gözəllik salonunda Zərərçəkmiş şəxs vuraraq ona qəsdən fiziki ağrı yetirməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs ilk dəfə inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını, həmçinin onun zərərçəkmiş şəxslə barışıq əldə etmədiyini nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-363/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-363/2023
17.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver