Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-364/2020 10.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs vəkili X1 iştirakı ilə, xx xxxxxx 1994-cü ildə Ağdaş rayonun Qaradağlı kəndində doğulmuş, evli, işsiz, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, Ağdaş rayonun Qaradağlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Şəxs xx xxxxxx 2020-ci il tarixdə Mingəçevir şəhərinin girişində, Nəsimi parkının yaxınlığında polisin iş fəaliyyətini və həmin ərazidə təşkil olunmuş xidməti postu əsassız olaraq video lentə alaraq “Tik tok” sosial şəbəkəsinə yerləşdirmişdir. Həmin vaxt Şəxs polis şöbəsinə dəvət edərkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə Mingəçevir şəhərinin girişində, Nəsimi parkının yaxınlığında polisin iş fəaliyyətini və həmin ərazidə təşkil olunmuş xidməti postu əsassız olaraq video lentə alaraq “Tik tok” sosial şəbəkəsinə yerləşdirmişdir. Həmin vaxt Şəxs polis şöbəsinə dəvət edərkən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında Şəxs vəkili X2 verdiyi izahatında Şəxs barəsində yüngül tənbeh növünün seçilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxsəməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxsəməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Onun məsuliyyətini ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinə əsasən Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 200 (iki yüz) manat miqdarda inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsiləŞəki Apellyasiya Məhkəməsin əşikayət verilə bilər. HAKİM Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №3(051)-364/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-364/2020
10.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver