Məhkəmə qərarları › İş №3(051)-364/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-364/2025

11.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-364/2025 11.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi Barəsində protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-nin icraçı direktoru X1 iştirakı ilə, ünvan 1 ünvanında fəaliyyət göstərən (VÖEN: **********) Şəxs barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən məhkəməyə təqdim olunmuş protokola əsasən, Şəxs MMC (VÖEN:**********) 24525,58 ABŞ dolları məbləğində vəsaiti 22 fevral 2023-ci il tarixdə xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də, 24525,58 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 23 fevral 2025-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin təsisçisi X2 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini qəbul etmədi və izahatında göstərdi ki, X5 Respublikasının “Tumuşuki” firmasına 24.500 dollar məbləğində ödəniş etmişik. Sonradan həmin firma adından deyil, başqa firmalar tərəfindən məhsullar gömrükdən ölkəyə daxil olmuşdur. Həmin məhsullar ölkəyə daxil olmuşdur və hazırda istifadəmizdir. Məhsulun həcmi böyük olduğundan və istehsal prosesi müxtəlif zamanları əhatə etdiyindən məhsullar hamısı eyni zamanda idxal edilmir. Ölkəyə daxil olan məhsulun gömrük bəyannamələri 2 il ərzində banka təqdim edilməlidir. Biz banka MMC ilə “Tumuşuki” arasında olan gömrük bəyannaməsini təqdim etməliyik bu isə mövcud olmadığından təqdim edə bilmirik. Ona görə də hesab edir ki, inzibati xəta haqqında protokolda göstərilən inzibati xətanın törədilməsində təmsil etdiyi hüquqi şəxs təqsirli deyildir. Odur ki, məhkəmədən təsisçisi olduğu Şəxs MMC-nin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməsi barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclası yeri və vaxtı barədə Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün sayır. İşdə olan EP № ******* saylı 09 aprel 2025-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC (VÖEN:**********) 24525,58 ABŞ dolları məbləğində vəsaiti 22 fevral 2023-ci il tarixdə xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də, 24525,58 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 23 fevral 2025-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. İşdə olan Mərkəzi bankın təqdim etdiyi, Kapitalbank ASC-nin ödəniş Tapşırığından görünür ki, 24525,58 ABŞ dolları məbləğində vəsait xx.xx.2023-ci il tarixdə Şəxs MMC (VÖEN:**********) tərəfindən AZ68AİİB******************** hesabdan ********************9 saylı hesaba köçürülmüşdür. İşdə olan xx.xx.2024-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2024-cü il tarixli, xx.xx.2023cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2023-cü il tarixli bəyannamələrdən görünür ki, Şəxs MMC müxtəlif ixracatçılar tərəfindən göndərilmiş malları qəbul etmişdir. Məhkəmə inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, XXİ ƏSR” MMC 23 feral 2023-ci il tarixdə Çin xalq reespublikasında fəaliyyət göstərən “Tumuşuki”-nin hesabına məhsulların alınması üçün 24525,58 ABŞ dolları məbləğində vəsaiti köçürmüş, lakin 2 (iki) il müddət keçməsinə baxmayaraq, alınan mallar ölkəyə idxal etmədiyinə və valyuta vəsaiti geri qaytarmadığına görə də Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən AR İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilsə də, təqdim edilmiş sübutları tədqiqi nəticəsində müəyyən edildi ki, İnzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddur. Belə ki, Şəxs MMC tərəfindən 22 fevral 2023-ci il tarixdə 24525,58 ABŞ dolları məbləğində vəsait Çin Xalq repsublikaında fəaliyyət göstərən ““Tumuşuki” firmasının hesabına köçürüldükdən sonra Məhsulun həcmi böyük olduğundan və istehsal prosesi müxtəlif zamanları əhatə etdiyindən məhsullar hamısı eyni zamanda idxal edilməsi mümkün olmamışdır. Göründüyü kimi mallların idxal edilməməsi və yaxud vəsaitin xaricdən qaytarılmaması, Şəxs MMC-nin iradəsindən asılı olmayan səbəblərə görə baş vermişdir. Bu hallar isə o nəticəyə gəlməyə əsas verir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin bütün əlamətləri məcmu halında mövcud olmamış, yəni barəsində protokol tərtib edilmiş hüquqi şəxsin inzibati xətanı təqsirli olaraq törətməsini təsdiq edən mötəbər sübut inzibati xəta haqqında icraat materiallarına əlavə edilməmişdir. Belə olan halda Şəxs MMC-nin əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur və bu hal isə onun təqsirli olmasına əsaslı şübhələr yaradır. Belə olan halda inzibati xəta haqqında iş üzrə icraat zamanı tədqiq edilmiş sübutlar barəsində protokol tərtib edilmiş hüquqi şəxsin təqsirinin sübuta yetirilməsi üçün yetərli hesab edilmir. Bu da o nəticəyə gəlməyə əsas verir ki, inzibati xətanın törədilməsində Şəxs MMC-nin təqsirliliyi sübuta yetirilmir. Belə ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinin 4-cü hissəsi və 10-cu maddəsi ilə rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasında müvəkkil banklarda xarici valyuta hesabları üzrə əməliyyatların aparılması qaydasının müəyyənləşdirilməsi Mərkəzi Bankın səlahiyyətlərinə aid edilmişdir. Qeyd olunan Qanunun 8-ci maddəsinə əsasən, hüquqi şəxs olan rezidentlər valyuta sərvətlərini köçürmə yolu ilə Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından çıxarmaq, habelə gömrük prosedurlarına əməl etməklə nağd şəkildə ölkəyə gətirmək və ölkədən çıxarmaq hüququna malikdirlər. Hüquqi şəxs olan rezidentlər tərəfindən valyuta sərvətlərinin Azərbaycan Respublikasına köçürülməsi və nağd şəkildə gətirilməsi, habelə Azərbaycan Respublikasından köçürülməsi və nağd şəkildə çıxarılması qaydalarını Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir. X4 Heyətinin 2016-cı il 28 noyabr tarixli Qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaların 4.3.1.3-cü yarımbəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Göründüyü kimi Mərkəzi Bank tərəfindən Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar zamanı malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsinin (xidmətlərin göstərilməsini təsdiq edən sənədin) təqdim edilməsi ilə bağlı dəqiq müddət məhdudiyyəti müəyyənləşdirilərək qeyd edilən valyuta əməliyyatlarına xüsusi nəzarət rejimi tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin valyuta əməliyyatlarına nəzarətin effektivliyinin artırılması, beynəlxalq cinayətkarlığın maliyyələşdirilməsinin qarşısının alınması məqsədinə xidmət edən 430.4-cü maddəsi ilə də avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq malların idxal edilməməsi, işlərin görülməməsi və ya xidmətlərin göstərilməməsi halında ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması inzibati xəta kimi müəyyən edilərək həmin əməli yalnız təqsirli olaraq törədən şəxslər üçün inzibati hüquqi məsuliyyət müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Ona görə də məhkəmə işin bütün hallarını nəzərə alaraq hesab edir ki, 2 il müddətində nəzərdə tutulmuş malların Şəxs MMC tərəfindən qəbul edilməsi təsdiq olunduğundan və bu hal Şəxs MMC-nin təqsirini istisna edən əsas kimi qiymətləndirilməli və hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə Şəxs MMC-nin barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar