Məhkəmə qərarları › İş №3(051)-367/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-367/2021

12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-367/2021 12.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən Kərimova Məhburə Kərim qızının sədrliyi, Məhkəmə iclas katibi X2 Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1991-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d im : Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş ******* saylı, xx xxxxx 2021ci il tarixli protokoldan görünür ki, Şəxs X3 məxsus “Mersedes-Benz” markalı avtomobilin cəmi dəyəri 300 manat olan ön və arxa buferlərini, iki ədəd karnizini zərərçəkmiş şəxs E.Mahmudovun etibarından sui-istifadə edərək dələduzluq etməklə satmışdır. Şəxs izahatında göstərdi ki, Elşən Mahmudova məxsus avtomobili təmir etmək üçün 240 manat pul almış və avtomobilin təmir ilə bağlı müəyyən işlər görmüşdür. Təmir işləri apararkən avtomobilin ön və arxa buferlərini açmış, sexdə maşın irəli və geri verilərkən buferlər sındırılmışdır. Zərərçəkmiş şəxs müəyyən vaxt gözləsə başqa buferlər alıb verəcək və aldığı 240 manatın əvəzinə təmir işləri görəcək. Hesab edir ki, onun əməlində heç bir inzibati xəta tərkibi yoxdur. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs maşın ustası kimi tanımışdır. X8 C180 markalı avtomobili vardır. Şəxs avtomobilini təmir etmək üçün 180 manat nağd pul və 170 manatlıq isə mağazasından ərzaq almışdır. Avtomobilin müəyyən işini görsə də, qalan işlərini görməmiş və avtomobilinin iki ədəd buferini, iki ədəd karnizini onun etibarlından istifadə edərək satıb qazanc əldə etmişdir. Buna görə də, bir neçə dəfə aralarında mübahisə yaranmışdır. Dəfələrlə Şəxs bildirsə də ona dəymiş ziyan ödənilməmişdir. Ona görə də məcbur olub şikayət etmişdir. Şəxs qanun daxilində cəza verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikasi İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həmdə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tərəflərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Toplanmış sübutları məcmuu halda araşdırıb, qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati xətanın xarakterini, pozuntunu törədənin şəxsiyyətini nəzərə alıb digər cəzanın tətbiqini kifayət saymayaraq hesab edirəm ki, onun barəsində inzibati cərimə növündə tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutub Q ə r a r a a l d ım : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbsin müddəti tutulduğu vaxtdan, xx xxxxx 2021-ci il tarixdən, saat 16:30-dan hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar