Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-367/2023 18.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi ilə, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X2, Tələbkar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin nümayəndəsi X1, İcra sənədi üzrə borclu: Şəxs iştirakı ilə xx.xx.1968-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-106/2022 saylı icra vərəqəsi üzrə yaranmış 1242 manat borcunun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq alimentin ödənilməsindən boyun qaçırmış, bununla da aliment borcunu ödəməkdən qəsdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında bildirdi ki, borclu Şəxs hazırda 1242 manat borcdan heç bir ödəniş etməmişdir. Lakin borcunu hissəsissə ödəməyə razıdır. Odur ki, məhkəmədən təqdimatın təmin olunmasını xahiş etdi. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(051)-106/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə 1212 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun ondan alınaraq tələbkar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ-yə verilməsi qət edilmişdir. Lakin maddi vəziyyəti aşağı olduğu və şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün borcunu ödəyə bilməmişdir. Bununla belə tələbkara olan borcunu hər ay 30 manat olmaqla ödəməyə razıdır. Odur ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edir. Tələbkar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nın nümayəndəsi X3 izahatında bildirdi ki, dəymiş ziyanın ödənilməsini xahiş edir və borclunun hər ay 30 manat olmaqla ödənişə başlamasına razıdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-106/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 1212 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq tələbkar Mingəçevir Şəhər Mərkəzi XəstəxanasıPHŞ-ə verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2023-cü i tarixli MN ******* saylı protokoldan görünür ki Mingəçevir şəhər Məhkəməsinin 2(051)-106/2022 saylı xx.xx.2022-ci il tarixli icra vərəqi üzrə yaranmış 1242 manat məbləğində borc Şəxs tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan icra məmuru tərəfindən məhkəməyə ünvanlanmış qəbzdən görünür ki, Şəxs tələbkar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ-ə olan borcundan 30 manat məbləğində ödəniş etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, tələbkar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin nümayəndəsi X3 borclunun hər ay 30 manat məbləğində ödəniş etməsinə etiraz etmir və iş üzrə icraata xitam verilməsini xahiş edir. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 2(051)-106/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh Şəxs 1212 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun alınaraq tələbkar Mingəçevir Şəhər Mərkəzi XəstəxanasıPHŞ-ə verilməsi qət edilmişdir. İcraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-106/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borculu Şəxs Mingəçevir şəhər Məhkəməsinin 2(051)-106/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində icra etməli olduğu bildirilmişdir. İşdə olan 84645/2022 saylı icra işi üzrə təqdimatdan görünür ki, icra məmuru tərəfindən borclu ünvan 1 ünvanında yaşayan Şəxs Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılması məhkəmədən xahiş olunmuşdur. İşdə olan Mingəçevir şəhər Məhkəməsinin 8(051)-33/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, ünvan 1 ünvanında yaşayan Şəxs Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. İşdə olan borclunun məcburi qaydada gətirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ünvan 1 ünvanında yaşayan Şəxs məcburi qaydada Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə gətirilməsi qət edilmişdir. İşdə olan xx.xx.2023-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Şəxs 03 gün müddət ərzində Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə gəlməsi tələb olunmuşdur. Şəxs Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinə verdiyi xx.xx.2023-cü il tarixli izahatından görünür ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-106/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən yaranmış borcdan xəbəri var, lakin borcu ödəmək üçün maddi imkanı yoxdur. Belə ki, taksi fəaliyyəti ilə məşğuldur və qazancı çox azdır. Bununla belə tələbkara olan borcunu hər ay 30 manat olmaqla ödəməyə razıdır. İşdə olan tələbkar Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin nümayəndəsi X1 ərizəsindən görünür ki, borclu tərəfindən ayda 30 azn ödənilməsinə etiraz etmir. İşdə olan Mingəçevir şəhəri İcra və Probasiya Şöbəsinin icra məmur X2 verdiyi qəbzdən görünür ki, borclu tərəfindən verilən 30 azn məbləğində pulu qəbul etmişdir. Beləliklə, borclunun izahatı, tələbkarın ərizəsi və icra məmurunun məhkəməyə təqdim etdiyi qəbz, işdə olan sənədlər və digər iş materialları ilə müəyyən olunur ki, borclu Şəxs icra sənədinin qəsdən və qərəzli olaraq icrasından yayınmamış, yəni borcunu maddi vəziyyəti yaxşı olmadığından və xəstəliyi səbəbi ilə ödəyə bilməmiş və xüsusən icra məmurunun qanuni tələbinə tabesizlik göstərməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından borclu X4 barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəi barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun izahatını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin borcun ödənilməsi ilə bağlı təqdim etdiyi qəbzi, eyni zamanda inzibati işin materialında da olan sənədləri nəzərdən keçirib iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, iş üzrə icraat xitam verilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, inzibati xəta hadisəsi olmadığı əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi (Mingəçevir şəh., S.Vurğun 16) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəh., Sabit Rəhman 7) şikayət verilə bilər.. HAKİM: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-367/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-367/2023
18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver