Məhkəmə qərarları › İş №3(051)-367/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-367/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-367/2025 15.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi ilə Şəxs Kurtuluş oğlunun Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmə iclasından kənar qaydada baxaraq, MÜƏYYƏNETDİ: Goranboy Rayon Məhkəməsinə Şəxs Kurtuluş oğlunun barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(045)-739/2025 saylı qərardadı ilə Şəxs Kurtuluş oğlu barəsində İXM-in 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə inzibati material aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında protokola görə Şəxs Kurtuluş oğlu yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Kurtuluş oğlu Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə inzibati xəta materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcud olduğu üçün Şəxs Kurtuluş oğlu inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs Kurtuluş oğlu Azərbaycan Respublikası İXM-in 342.5ci, 329.3-cü, 342.5-ci, 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyi üçün 50 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Kurtuluş oğlu tərəfindən Azərbaycan Respublikası İXM-in 342.5-ci, 329.3-cü, 342.5-ci, 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Kurtuluş oğlu inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən, barəsində AR İXM-in 529.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli “Asanpay” ödəniş sistemindən əldə olunmuş çıxarışdan görünür ki, Şəxs Kurtuluş oğlu tərəfindən xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə yaranmış inzibati cərimə dövlət büdcəsinə ödənilmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş şəxs Şəxs Kurtuluş oğlunun barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, hazırda məhkəmə tərəfindən müəyyən edilmiş sənədlərə görə işin icraatını rədd edən hallar mövcuddur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Kurtuluş oğlu barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətdən azad edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar