Məhkəmə qərarları › İş №3(051)-368/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-368/2021

12.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-368/2021 12.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X2 Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1991-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i m: xx xxxxxx 2021-ci il tarixdə saat 19 radələrində aralarında yaranmış mübahisə zəminində Şəxs X3 yumruqla vuraraq fiziki ağrı yetirməklə döymüşdür. Məhkəmə iclasında Şəxs ona istinad edilən inzibati xətanı törətməkdə özünü təqsirli bilərək verdiyi izahatında göstərdi ki, Elşən Mahmudova məxsus avtomobili təmir etmək üçün 240 manat pul almış və avtomobilin təmir ilə bağlı müəyyən işlər görmüşdür. Təmir işləri apararkən avtomobilin ön və arxa buferlərini açmış, sexdə maşın irəli və geri verilərkən buferlər sındırılmışdır. Bu səbəbdən aralarında mübahisə yaranmış və mübahisə zəminində X3 yumruqla vurmuşdur. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs maşın ustası kimi tanımışdır. X8 C180 markalı avtomobili vardır. Şəxs avtomobilini təmir etmək üçün 180 manat nağd pul və 170 manatlıq isə mağazasından ərzaq almışdır. Avtomobilin müəyyən işini görsə də, qalan işlərini görməmiş və ona məxsus avtomobilin ehtiyat hissələrini satmışdır. Bu səbəbdən aralarında mübahisə düşmüş və mübahisə zəminində Şəxs onu döymüşdür. Hal-hazırda Şəxsla barışmamışdır. Şəxs barəsində qanunla nəzərdə tutulmuş qaydada cəza verilməsini xahiş edir. İnzibati xəta haqqında işdə olan sənədlərdən görünür ki, X4 xx xxxxxx 2021-ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət edərək, Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. E.Mahmudov üzərində xəsarətlərin olub-olmamasını aydınlaşdırmaq üçün tibbi ekspertiza təyin edilərək rəy alınmışdır. Təhqiqat zamanı müəyyən edilmişdir ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 19 radələrində X4 ilə mübahisə etmiş, mübahisə zamanı sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə döymüşdür. Təhqiqatçının xx xxxx 2021-ci il tarixli qərarı ilə Şəxs oğlu barəsində cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları dinlənilib, təqdim olunmuş sənədlər araşdırılıb məcmu halda qiymət verilməklə müəyyən olunmuşdur ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 19 radələrində X4 ilə şəxsi münasibətlər zəminində mübahisə edib onu döymüşdür. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta kimi nəzərdə tutulmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsində göstərilmişdir ki, inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən olunmadı. Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, ona cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat miqdarda inzibati cərimə edilsin. Qərarın surəti alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya bilavasitə Şəki Apellyasiya Məhkəməsinə şikayət bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar