Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-369/2020 14.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, məhkəmə iclas katibi X5 Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim : Şəxs bir nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat miqdarında alimenti alınaraq Zərərçəkmiş şəxs ödəməli olması barədə Mingəçevir şəhər məhkəməsinin 2(051)- 2248/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması icra məmurunun, zərərçəkmiş şəxsin izahatı və işdə olan sənədlərlə sübuta yetirilmişdir. Belə ki, inzibati materiala əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin 2(051)-2248/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq, iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İcra vərəqəsi üzrə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsində icra işi açılmışdır. Cavabdeh Şəxs məhkəmə qətnaməsini könüllü icra etmək üçün icra məmuru tərəfindən təklif olunan müddətdə qətnaməni icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-2248/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Hesab edir ki onun aliment borcu yoxdur. Belə ki, tələbkar Zərərçəkmiş şəxs ilə razılaşmaya əsasən dekabr ayında 2020-ci ilin iyun ayınadək aliment ödəməmək şərtilə tələbkar və uşağının yaşadığı evin pəncərəsini dəyişdirərək yeni plastiklə əvəz etmiş, pulunu özü ödəmişdir. Ona görə də dekabr-iyun ayınadək aliment borcu ödənilmiş hesab olunmalıdır. İyul-avqust ayları üçün isə alimenti poçt vasitəsi ilə tələbkara ödəmiş, qəbzləri icra məmuruna təqdim etmişdir. Hazırda aliment borcu yoxdur. Zərərçəkmiş şəxs (tələbkar) Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-2248/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 120 manat sabit pul məbləğində aliment hər ay cavabdeh Şəxs tutularaq ona verilməsi qət edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə hər hansı razılaşması olmamışdır. Yenilənmiş qapıpəncərənin pulunu valideyini ödəmişdir. Heç bir yerdə işləmir. Uşağı saxlamaqda çətinlik çekir. Hal hazırda Şəxs 720 manat aliment borcu var. Alimentin tam ödənilməsini xahiş edir. Əks halda həbslə bağlı inzibati cəza verilməsini xahiş edir. İcra məmuru X1 izahatında bildirdi ki, Mingəçevir şəhər məhkəməsinin 2(051)-2248/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 120 manat sabit pul məbləğində aliment hər ay cavabdeh Şəxs tutularaq, iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Şəxs icra sənədini icra etmə vəzifəsi və borcu ödəməməsinin hüquqi nəticələri izah olunmuşdur. Şəxs bildirmişdir ki, razılaşmalarına əsasən 2020-ci ilin iyun ayınadək aliment borcunu ödəmişdir. Ancaq tələbkar Zərərçəkmiş şəxs isə izahatında Şəxslə hər hansı razılaşmasının olmadığını bildirmişdir. Şəxs 2019-cu ilin dekabr ayından 2020-ci ilin iyun ayınadək 720 manat aliment borcu yaranmışdır. Təqdim olunmuş sənədləri araşdırıb, tərəflərin izahatını dinləyib məcmuu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələblərinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati həbs tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım : Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 12:30-dan hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-369/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-369/2020
14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver