Məhkəmə qərarları › İş №3(051)-370/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-370/2020

28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-370/2020 28.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx xxxx 1990-cı ildə Yevlax rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, ünvan 1 mənzil 33 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq müəyyən etdim: Şəxs ondan 857.33 manat məbləğdə pulun alınıb “xxxxxxxxxxxxxxxx” MMC-nə verilməsi barədə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(051)- 2957/18 saylı məhkəmə əmrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli məhkəmə əmri ilə Şəxs 857.33 manat pulun alınıb “xxxxxxxxxxxxxxxx” MMC-nə verilməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmiş, Mingəçevir şəhər İcra və Probasiya şöbəsində icra işi açılmışdır. Lakin Şəxs borcunu lazımınca ödəməmiş, 857.33 manat məbləğdə borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli məhkəmə əmrinə əsasən ondan 857.33 manat məbləğdə pulun alınıb “xxxxxxxxxxxxxxxx” MMC-nə verilməsi qət edilmişdir. Hazırda zərər çəkmişə olan borcunu tam şəkildə ödəmişdir. Buna görə də barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəmə iclasında icra məmuru X2 verdiyi izahatında Şəxs zərər çəkmişə olan 857.33 manat məbləğdə borcunu tam şəkildə ödəmişdir. İşə əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli fakturadan görünür ki, Şəxs məxsus ***-***-**-** nömrədə borc mövcud deyil. Şəxs və icra məmurunun izahatlarını dinləyib, təqdim olunmuş sənədləri və icra işi materiallarını araşdırıb məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs barəsində olan işüzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmişşəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə əlavə olunmuş xx.xx.2020-ci il tarixli fakturadan görünür ki, Şəxs zərər çəkmiş “xxxxxxxxxxxxxxxx” MMC-nə olan 857.33 manat məbləğdə borcunu tam şəkildə ödəmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Ona görə də Şəxs barəsində olan inzibati işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Hüseyn Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar