Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-372/2024 28.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, X10 iclas katibliyi ilə, İnzibati xəta haqqında protokolu müdafiə edən şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin nümayəndəsi X2 Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “X9” MMC-nin nümayəndələri X12 və X4 iştirakları ilə, Hüquqi ünvanı Mingəçevir şəhəri, Maqomayev küçəsi ev 81də yerləşən “X9” MMC (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: “X9” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 268.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyi tərəfindən tərtib edilmiş 20 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Mingəçevir şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, “X9” MMC-də xx.xx.2024-cü il tarixdə RT yoxlama zamanı müəyyən olunmuşdur ki, müəssisənin Radioaktiv Mənbə və X3 ilə fəaliyyət üçün xüsusi icazəsi yoxdur. Nəticədə “X9” MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 268.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin nümayəndəsi X8 protokolu müdafiə edərək onun məzmununa uyğun izahat vermişdir. Bildirmişdir ki, onların Agentliyi respublika ərazisində radiasiya təhlükəsizliyinə nəzarət edən bir orqan kimi il ərzində yoxlamalar keçirir. Hər ilin sonunda növbəti il üçün yoxlama planları təsdiqlənir və plana uyğun da iş fəaliyyəti aparılır. Həmin yoxlama planına əsasən “X9” MMC də yoxlamaları təyin olunmuşdur və həmin yoxlamanın nəticəsində aşkarlanmış nöqsanlara əsasən 14 bənddən ibarət yoxlama aktı tərtib olunmuşdur, həmin akta əsasən isə protokol tərtib olunmuş, baxılması üçün Mingəçevir şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin nümayəndəsi X5 protokolu müdafiə edərək onun məzmununa uyğun izahat vermişdir. Bildirmişdir ki, yoxlama planına əsasən “X9” MMC-də yoxlamaları təyin olunmuşdur və həmin yoxlamanın nəticəsində aşkarlanmış nöqsanlara əsasən yoxlama aktı tərtib olunmuşdur, həmin akta əsasən isə cərimə protokolu tərtib olunmuşdur. Protokolu müdafiə edir və inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Əlavə olaraq nümayəndə bildirdi ki, Radiasiya təhlükəsizliyi haqqında” AR qanununun 17 bəndi pozulmuşdur. Radiasiya təhlükəsizliyi üzrə təlimatın olmaması, cavabdeh şəxsin vəzifə borclarının olmaması, müəssisənin radioloji-gigiyenik pasportunun olmaması( Bu nazirlər kabinetinin 134 nömrəli qərarıdır), müəssisənin xüsusi icazəsinin olmaması müəssisə tərəfindən edilən pozuntulardır. Respublika ərazisində ionlaşdırıcı şüa mənbələrindən istifadə üçün NK-nin 42 saylı qərarına əsasən xüsusi icazələr tələb olunur, AR Prezidentinin 758 nömrəli fərmanının 3-cü bəndinə əsasən konkret olaraq hər fəaliyyət növünə xüsusi icazə alınması tələbi vardır. Rentgen aparatının işlədilməsi üçün xüsusi icazəsi olmadığından barəsində protokol tərtib edilmişdir. Ümumiyyətlə müəssisə yeni rentgen aparatı aldıqda hər il məlumat verməlidir. Lakin bu məlumat verilməmişdir. Ona görə də protokolun təmin olunmasını xahiş edirəm. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X9” MMC-nin nümayəndəsi X12 oğlu inzibati xəta haqqında protokola etiraz edərək bildirmişdir ki, rentgen otağında hazırda təmir gedir. Aparat demək olarki işlək vəziyyətdə deyil. Usta çağırıdı ki, cihazı düzəltsin. Belə olan halda orada hansı tibbi fəaliyyətin gösərtilməsindən söhbət gedə bilər? Bu mümkün deyildir. O, sahəylə bağlı texniki işçisi və həkimi də yoxdur. Həmin rentgen otağı faktiki olaraq işlək vəziyyətdə deyil. Klinika olaraq onlar belə şərtlərlə xəstələrə xidmət göstərməsi qeyri mümklündür. Faktiki olaraq klinikada qeyd olunan nöqsan aşkar edilən aparat işlək vəziyyətdə deyildir. Onlar müraciət etdikdən sonra onlara texniki kitab verilməli və lisenziya verilməlidir. Əks halda fəaliyyət göstərməsi qeyri mümkündür. Hesab edir ki, onlar heç bir pozuntuya yol verməmişdir. Odur ki, qeyd olunanlarla razı deyildir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X9” MMC-nin nümayəndəsi X11 inzibati xəta haqqında protokola etiraz edərək, X6 izahatına uyğun izahat verərək protokolun əsassız olduğunu bildirərə rədd edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını dinləyib, tərəflərin məhkəməyə təqdim etdiyi sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, “X9” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyinin 20 may 2024-cü il tarixli P-24/135 nömrəli aktından görünür ki,
144. X3 ilə fəaliyyəti həyata keçirmək üçün Xüsusi icazə yoxdur. AR Prezidentinin xx.xx.1998-ci il tarixli, 758 nömrəli Fərmanı, bənd 3.
145. Müəssisənin radioloji-gigiyenik pasportu yoxdur. AR NK “Ərazi, müəssisə və təşkilatların radioloji-gigiyenik pasportlarının forması və tərtib edilməsi Qaydası”nın təsdiq edilməsi barədə xx.xx.1999-cu il tarixli, 134 nömrəli Qərar, bənd 3.
146. Radiasiya təhlükəsizliyinə cavabdeh şəxsin təyin edilməsi barədə əmr yoxdur. Əhalinin radiasiya təhlükəsizliyi haqqında xx.xx.1997-ci il tarixli, 423- İQ nömrəli Qanun, maddə 14. X15 72/87, bənd 13.4
147. Radiasiya təhlükəsizliyinə cavabdeh şəxs və radiasiya təhlükəsizliyi xidmətinin heyət üzvləri xüsusi hazırlığa malik deyil. Əhalinin radiasiya təhlükəsizliyi haqqında xx.xx.1997-ci il tarixli, 423- İQ nömrəli Qanun, maddə 14. X15 72/87, bənd 13.5
148. Təmizləyici orqan ilə razılaşdırılmış radiasiya təhlükəsizlyinə cavabdeh şəxsin vəzifə borclarını əks etdirən sənəd və ya radiasiya təhlükəsizliyi xidməti üzrə əsasnamə yoxdur. Əhalinin radiasiya təhlükəsizliyi haqqında xx.xx.1997-ci il tarixli, 423- İQ nömrəli Qanun, maddə 14. X15 72/87, bənd 13.4
149. Təmizləyici orqan ilə razılaşdırılmış radiasiya təhlükəsizliyi üzrə təlimat yoxdur. Əhalinin radiasiya təhlükəsizliyi haqqında xx.xx.1997-ci il tarixli, 423- İQ nömrəli Qanun, maddə 14. X15 72/87, bənd 3.8
153. Təmizləyici orqan ilə razılaşdırılmış “Radiasiya qəzalarının qarşısının alınması və onun nəticələrinin aradan qaldırılması planı” yoxdur. Əhalinin radiasiya təhlükəsizliyi haqqında xx.xx.1997-ci il tarixli, 423- İQ nömrəli Qanun, maddə 19
157. X3nin illik inventarizasiya nəticələri barədə məlumatlar təyin edilmiş forma və vaxtda tənizmləyici orqana təqdim edilməyib. AZ NK xx.xx.1997-ci il tarixli, 76 nömrəli Qərarı, bənd 3
160. X3 ilə işləyən işçilər fərdi dozimetlərlə təhciz olunmayıb. AZ NK “Fərdi süalnama dozalarının uçotu və onlara nəzarət qaydasının təsdiq edilməsi barədə xx.xx.1999-cu il tarixli, 134 nömrəi Qərar, bənd 4.
165. Fərdi dozimetiriya nəzarəti üzrə məlumatların uçotu aparılmır. AZ NK “Fərdi süalnama dozalarının uçotu və onlara nəzarət qaydasının təsdiq edilməsi barədə xx.xx.1999cu il tarixli, 134 nömrəi Qərar, bənd 5.
168. X3 ilə işləyən işçilər ilkin və dövri tibbi müayinədən keçmirlər. AZ NK Əhalinin radiasiya təhlükəsizliyi haqqında xx.xx.1997-ci il tarixli, 423- İQ nömrəli Qanun, maddə 14. X15 72/87, bənd 3.14.
171. Təmizləyici orqan ilə razılaşdırılmış “Radioloji şəraitin istehsalat nəzarətinin həyata keçirilməsi qaydası” yoxdur. Əhalinin radiasiya təhlükəsizliyi haqqında xx.xx.1997-ci il tarixli, 423- İQ nömrəli Qanun, maddə 11.
173. Radioloji şəraitin istehsalat nəzarəti daimi olaraq aparılmır. Əhalinin radiasiya təhlükəsizliyi haqqında xx.xx.1997-ci il tarixli, 423- İQ nömrəli Qanun, maddə 11.
174. Lazımi yerlərdə müvafiq xəbərdaredici nişanlar yerləşdirilməyib. Əhalinin radiasiya təhlükəsizliyi haqqında xx.xx.1997-ci il tarixli, 423-İQ nömrəli Qanun, maddə 14. X15 72/87, bənd 3.5
177. Rentgen kabinetlərinin girişində “giriş” qadağandır” işıqlanan yazılar yoxdur. AZ NK Əhalinin radiasiya təhlükəsizliyi haqqında xx.xx.1997-ci il tarixli, 423-İQ nömrəli Qanun, maddə
14. Sanitariya qaydaları 2780-80, bənd 2.5.
184. Rentgen diaqnostika kabinetlərinin şüalanmadan qorunmasına dair qapalı işlərin (suvaq altında olan divar və örtüklər, torpaqlanma, qapı, idarəetmə otağındakı müşahidə pəncərəsi və s.) aparılması üzrə qəbul aktı yoxdur. AZ NK “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” xx.xx.1997-ci il tarixli, 423-İQ nömrəli Qanunu, maddə 14. Rentgenodiaqnostik kabinetlər, X7 (ÜTT 42-21-15-83), bənd 3.3
188. Rengetn avadanlığının texniki profilaktik yoxanılması təyin edilmiş dövriliklə həyata keçirilməyib. AZ NK Əhalinin radiasiya təhlükəsizliyi haqqında xx.xx.1997-ci il tarixli, 423-İQ nömrəli Qanun, maddə 14. Sanitariya qaydaları 2780-80, bənd 3.23
194. Prosedur otağında rentgen müayinələri aparan heyət fərdi qorunma vasitələri ilə təchiz edilməyib. AZ NK Əhalinin radiasiya təhlükəsizliyi haqqında xx.xx.1997-ci il tarixli, 423- İQ nömrəli Qanun, maddə 14. Sanitariya qaydaları 2780-80, bənd 4.2 İşəd olan aktdan görünür ki, “X9” MMC-də (VÖEN: **********) 20-xx.xx.2024-cü il tarixlərində planlı yoxlama tədbiri keçirilmişdir. Yoxlama zamanı tərtib olunmuş P-24/135 nömrəli yoxlama aktına və İnzibati xəta haqqında Protokola müəssisənin rəhbəri X13 imza atmaqdan imtina etmişdir. xx.xx.2024-cü il tarixli Yoxlama suallarının siyahısından görünür ki, Sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərin qeyd edildiyi “Tələb yerinə yetirlməyib” qeyd olunan sütunda nəzərdə tutulan məcburi tələblər yerinə yetirilməmişdir. İşdə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli protokoldan görünür ki, “X9” MMC barəsində Azərbaycan Respublikası İXM-nin 268.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə Dövlət Agentliyi tərəfindən protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Nüvə və X1 üzrə X17 tədbirinin həyata keçirilməsi barədə Q-24/135 № li xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, “X9”MMC-də planlı yoxlama tədbirinin keçirilməsi nəzərdə tutulmuş, yoxlama tədbirinin başlanma tarixi xx.xx.2024-cü il, sona çatma tarixi isə xx.xx.2024-cü il nəzərdə tutulmuşdur. İşdə olan “X9” MMC-yə ünvanlanan məktubdan görünür ki, qeyd olunan müəssisədə yoxlama tədbirinin həyata keçirilməsi barədə qərar təqdim edilmiş, Dövlət Agentliyi tərəfindən yoxlama aparılmasına şərait yaradılması xahiş edilmişdir. Azərbaycan Respublikası İXM-nin 268.0.1-ci maddəsinə əsasən Radiasiya təhlükəsizliyinin təmin edilməsi tələblərinin yerinə yetirilməməsinə və ya pozulmasına, yəni ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsinə görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər on iki min manatdan on beş min manatadək məbləğdə cərimə edilir. «Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Fərmanın 3-cü bəndinə əsasən "Əhalinin radiasiya təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən aşağıdakı ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət növləri üçün xüsusi icazə tələb olunur və bu xüsusi icazənin verilməsi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilir: ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar elmi-tədqiqat və təcrübi-konstruktor işləri; ionlaşdırıcı şüa mənbələri hesab edilən qurğuların, radioaktiv maddələrin saxlanma məntəqələrinin, radioaktiv tullantılar anbarlarının layihələşdirilməsi, hazırlanması, yerləşdirilməsi, inşası, istismarı və istismardan çıxarılması; həmin qurğular, məntəqələr və anbarlar üçün texnoloji avadanlığın, radiasiya təhlükəsizliyi vasitələrinin layihələşdirilməsi və hazırlanması; radioaktiv maddələrin hasilatı, istehsalı, emalı, nəqli və həmin maddələrdən istifadə ilə əlaqədar işlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 İyul 1997-ci il tarixli 76 Saylı Qərarının 3-cü bəndinə əsasən Nazirliklər, komitələr, şirkətlər, konsernlər, birliklər, idarələr və təşkilatlar radioaktiv maddə və digər ionlaşdırıcı şüa mənbələrinin hər il inventarizasiyasını keçirsinlər və nəticələrini müntəzəm olaraq hər il dekabrın 15-dək Fövqəladə Hallar Nazirliyinə, Səhiyyə Nazirliyinə və Ekologiya və Təbii Sərvətlər Nazirliyinə təqdim etsinlər, bu təşkilatlar isə Nazirlər Kabinetinə vaxtaşırı məlumat versinlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi hazırkı protokolun səlahiyyətli orqan və şəxs tərəfindən tərtib olunmamasını bildirsə də, səlahiyyətli orqanın həmin işə baxmaq səlahiyyəti olmuşdur. Belə ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Nüvə və X1 üzrə Dövlət Agentliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2009-cu il tarixli Fərmanına əsasən əsasənamədə nüvə və radioloji fəaliyyətin həyata keçirilməsinə və təhlükəsizliyinin təmin edilməsinə nəzarətin edilməsi və nüvə və radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində aşkar edilmiş pozuntulara qarşı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq tədbirlərin görülməsi Agentliyin fəaliyyət istiqamətləridir. Həmin əsasənaməyə əsasən nüvə və radiasiya təhlükəsizliyi ilə bağlı aşkar olunmuş pozuntuların aradan qaldırılması barədə, habelə ionlaşdırıcı şüa mənbələrindən istifadə edilməsi ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlar tərəfindən radiasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində zəruri tədbirlərin görülməsini tələb etmək, nüvə və radiasiya təhlükəli obyektlərdə öz səlahiyyətləri daxilində aparılan yoxlamalar nəticəsində qəraraların yerinə yetirilməməyi və qanunvericiliyin pozulması barədə materialları müvafiq orqanlara göndərmək, nüvə və radioloji fəaliyyət üzrə qanunvericiliyin tələblərinin yerinə yetirilməməyi, eləcə də pozuntular aşkar edildiyi hallarda qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görmək Agentliyin vəzifələridir. Bundan başqa həmin əsasnaməyə əsasən Agentliyin səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə nüvə və radioaktiv materialların, ionlaşdırıcı şüa mənbələrinin təhlükəsizliyini və fiziki mühafizəsi tələblərinə riayət edilməsini yoxlamaq məqsədi ilə mülkiyyət formasından asılı olmayaraq radiasiya təhlükəli obyektlərə sərbəst daxil olmaq Agentliyin hüququdur. «İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı” nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmana əsasən Məcəllənin 235, 268 və 457-1.1.3-cü (iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda) maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Nazirliyin Nüvə və X1 üzrə Dövlət Agentliyi adından, 243.0.1 (yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması tələblərinin pozulması hissəsində), 243.0.4, 276, 277 543, iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda 276-1, 348, 457-1.1.4-cü maddələrində, habelə Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq 233, 243.0.7, 278, 517.0.7, 517.0.8, 542 və 555-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və X14 Agentliyi adından, 350.1 (Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq), 394.0.1 (lisenziya olmadan tikintisinə icazə tələb edilən bina və qurğuların mühəndis-axtarış və ya tikinti-quraşdırma işlərinin aparılması ilə əlaqədar inzibati xətalar haqqında işlərə) və 394.0.3-394.0.7-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Nazirliyin Tikintidə Təhlükəsizliyə X18 adından bu Siyahının 1.10-cu bəndində nəzərdə tutulmuş vəzifəli şəxslər baxırlar. İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında “X9” MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən “X9” MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, “X9” MMC” Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqi məqsədəmüvafiqdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-117, 128-130 və 268.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
“X9” MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 12000 (on iki min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Elza Cəbrayılzadə