Məhkəmə qərarları › İş №3(051)-373/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-373/2024

30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-373/2024 30.05.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1965-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-in 529.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilib məhkəməyə verilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Mingəçevir Şəhər İcra Və Probasiya şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(051)-844/2022 saylı icra vərəqəsi üzrə icraat xx.xx.2023-cü başlanılaraq tələbin könüllü icrası barədə bildiriş xx.xx.2023-cü il tarixdə Şəxs tərəfindən rəsmi qaydada qəbul edilsə də, həmin tarixdən bu ilin may ayınadək mütəmadi ödəniş edilməmişdir. Şəxs icra sənədini icra etmə vəzifəsi və borcu ödəməməsinin hüquqi nəticələri izah olunmuşdur. Lakin Şəxs borcunu vaxtında ödəməmiş, hazırda isə onun 1750 manat borcu vardır. Ona görə də Şəxs barəsində xx.xx.2024-cü il tarixdə MN ******* nömrəli inzibati protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola görə, Şəxs xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən 1750 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında Mingəçevir Şəhər Məhkəməsinin icra vərəqələrini qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(051)-844/2022 saylı icra vərəqəsi üzrə ondan 1750 manat məbləğində inzibati cərimə edilmişdir. Lakin sözügedən cərimə cəzasından xəbəri olmamışdır. Belə ki o, balıqçıdır. Su polisinin rəisi ona balıq tutmağa icazə verməmiş, o da əsəbiləşərək dövlətə məxsus olan gəmini yandırmışdır. Belə ki, cinayət işi ilə bağlı onun barəsində həbs qətimkan tədbiri seçilmiş və o həbsdə olmuşdur. Həbsdən təzə çıxıb, heç bir yerdə işləmir. Maddi imkanı olmadığına görə cəriməni ödəyə bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borclu Şəxs Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-844/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədində göstərilən tələbi 10 gün müddətində icra etməli olduğu bildirilmişdir. İşə əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-844/2022 saylı xx.xx.2022ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs 1750 manat məbləğində pul alınaraq dövlət büdcəsinə ödənilməldir. Mingəçevir İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli “borclunun məcburi gətirilməsi haqqında” qərardan görünür ki, ünvan 2 ünvanda yaşayan Məmmədov X1 Şəhər İcra və Probasiya Şöbəsinə gətirilsin. Borclu Şəxs xx.xx.2024-cü il tarixdə Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə dəvət olunmuş və izahatı alınmışdır. 38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. 53.1. Aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 529.2. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, işin baxılmasını istisna edən, yəni İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallar mövcuddur. Belə ki, inzibati xəta haqqında protokola görə, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsinə əsasən 1750 manat məbləğində cərimə edilmişdir. İnzibati cərimə haqqında qərar xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. Məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə baxmayaraq icra məmuru tərəfindən borclunun barəsində inzibati xəta haqqında protokol xx.xx.2024-cü il tarixdə tərtib edilmişdir. Göründüyü kimi inzibati xətanın törədildiyi gündən uzun müddət keçmişdir. Bu hal isə inzibati xəta törətmiş şəxsin İXM-nin 529.2-ci maddəsində göstərilən inzibati məsuliyyətdən azad olunması üçün əsasdır. Beləliklə, inzibati xəta törətmiş şəxs Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol qanunla müəyyən edilmiş müddət keçdikdən sonra tərtib edildiyindən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Azərbaycan Respublikası İXM-nin 529.2-ci maddəsi ilə Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına müddətin keçməsinə görə xitam verilsin . Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar