Məhkəmə qərarları › İş №3(051)-375/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-375/2020

17.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-375/2020 17.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1986-cı ildə Ağcabədi rayonu Hacılar kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, ünvan 1 ünvanda qeydiyyatda olan, və həminünvanda yaşayan Şəxs barəsində AzərbaycanRespublikası İXM-nin157-ci maddəsi ilə olan inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdim: Şəxsxx xxxx 2020-ciil tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində mübahisə edib əli ilə onu vuraraq döymüşdür. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, Lalə ilə 2011-ci il tarixdə ailə həyatı qurmuşlar. Onların birgə nikahından 3 azyaşlı uşaqları olmuşdur. Ailə qurduqdan sonra bir müddət münasibətləri normal olmuşdur. Sonra münasibətləri pozulmuş və ayrılmışlar. xx xxxx 2020-ci il tarixdə təxminən 03:00 radələrində keçmiş arvadı Lalə gilə gəlmiş, onunla barışmaq istədiyini bildirmişdir. Lalə isə ona rədd cavabı vermişdir. Ondan sonra aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı əsəbləşərək Laləni əli vuraraq döymüşdür. Əməlindən peşimandır. Zərər çəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs onun keçmiş əri olubdur. xx xxxx 2020 ci il tarixdə saat 03 radələrində Rəhman onların evinə gəlmiş. Həmin vaxt Rəhmanla aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Rəhman onu əli vuraraq döymüşdür. Buna görə də onunla barışmamış və ona qanuni cəza verilməsini tələb edir. İnzibati xəta haqqında işdə olan sənədlərdən görünür ki, Zərərçəkmiş şəxs xx xxxx 2020-cı il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət edərək, xx xxxx 2020-ci il tarixdə yaşadığı evdə keçmiş əri Rəhman tərəfindən döyüldüyünü bildirmişdir. Zərərçəkmiş şəxs üzərində xəsarətlərin olub olmamasını aydınlaşdırmaq üçün tibbi ekspertiza təyin edilərək rəy alınmışdır. Təhqiqat zamanı müəyyən edilmişdir ki, Şəxsxx xxxx 2020-cı ildə keçmiş arvadı Zərərçəkmiş şəxs ilə mübahisə etmiş, mübahisə zamanı hirsli olduğu üçün əli ilə onu bir dəfə vuraraq sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə döymüşdür. Təhqiqatçının xx xxxx 2020-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmişin izahatları dinlənilib, təqdim olunmuş sənədlər araşdırılıb məcmu halda qiymət verilməklə müəyyən olunmuşdur ki, Şəxs xx xxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs iləşəxsi münasibətlər zəminində mübahisə edib əli ilə onu vuraraq döymüşdür. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmə inzibati xəta kimi nəzərdə tutulmuşdur. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsində göstərilmişdir ki, inzibati xətaya görə tənbeh bu Məcəlləyə uyğun olaraq tətbiq edilir. Fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə iclasında Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan RespublikasıİXM-nin 31-ci maddəsinə əsasən Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halın olmasını və məsuliyyətini ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edirəm ki, ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40 , 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qərara aldım : Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat miqdarda inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət bilər. HAKİM Hüseyn Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar