Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-377/2022 22.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, məhkəmə iclas katibi X3, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X7, zərərçəkmiş şəxs X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyənetdim: 11 iyun 2008-ci il təvəllüdlü X1 və 23 sentyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 80 (səksən) manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment X4 ödəməli olması barədə Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1735/2013 №li 25 noyabr 2013-cü il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs həmin inzibati xətanı törətməkdə təqsirli olması icra məmurunun özünün qismən etirafı və işdə olan sənədlərlə sübuta yetirilmişdir. Belə ki, inzibati materiala əlavə olunmuş Mingəçevir şəhər Məhkəməsinin 2(051)- 1735/2013 №li 25 noyabr 2013-cü il tarixli icra sənədindən görünür ki, 11 iyun 2008-ci il təvəllüdlü X1 və 23 sentyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 80 (səksən) manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment borclu Şəxs tutularaq, tələbkar X4 verilməlidir. İcra vərəqəsi üzrə Mingəçevir şəhər icra və probasiya şöbəsində icra işi açılmışdır. Şəxs məhkəmə qətnaməsini könüllü icra etmək üçün icra məmuru tərəfindən təklif olunan müddətdə qətnaməni icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 25 noyabr 2013-cü il tarixli icra sənədinə əsasən 11 iyun 2008-ci il təvəllüdlü X1 və 23 sentyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 80 (səksən) manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment ondan alınaraq X4 verilməlidir. 10240 manat aliment borcu yaranmışdır. Avtoyumada işləyir, qazancı çox deyil. Ona görə alimenti tam ödəməmiş və aliment borcu yaranmışdır. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən 11 iyun 2008-ci il təvəllüdlü X1 və 23 sentyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 80 (səksən) manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment Şəxs tutularaq ona verilməlidir. Lakin borclu Şəxs bu vaxta qədər alimenti ödəməmiş, nəticədə 10240 manat aliment borcu yaranmışdır. Uşaqları saxlamaqda çətinlik çəkir. Alimentin ödənilməsini tələb edir. Əks halda Şəxs həbs olunmasını xahiş edir. Məhkəmə iclasında Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X7 izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin 2(051)-1735/2013 №li 25 noyabr 2013-cü il tarixli icra sənədinə əsasən 11 iyun 2008-ci il təvəllüdlü X1 və 23 sentyabr 2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 80 (səksən) manat olmaqla, cəmi 160 (bir yüz altmış) manat sabit pul məbləğində aliment Şəxs tutularaq X4 verilməlidir. Şəxs icra sənədini icra etmə vəzifəsi və borcu ödəməməsinin hüquqi nəticələri izah olunmuşdur. Lakin Şəxs alimenti tam ödəməmişdir, hazırda isə onun 10240 manat borcu vardır. Ona görə də barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Təqdim olunmuş sənədləri araşdırıb, tərəflərin izahatını dinləyib hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələblərinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati həbs tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsə almanın əvvəli xx.xx.2022–ci il tarixdən saat 12:50-dən hesablansın. Şəxs məhkəmə iclas zalından həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-377/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-377/2022
22.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver