Məhkəmə qərarları › İş №3(051)-378/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-378/2024

05.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-378/2024 05.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Mingəçevir şəhər PŞ-nin İTB-nin sahə rəisi X3, zərərçəkmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Ağdaş rayonu, Ləki qəsəbəsində, doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan, Şəxs Azərbaycan Respublikası İXM–nin 227-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvanda yerləşən “Bizim market” mağazasından 180 manat siqaret və danışaq kartı ələ keçirməklə İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs izahatında bildirdi ki, İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə məhkəməyə verilmişdir. Həqiqətən də, ünvan 3 ünvanda yerləşən “Bizim market” marketə daxil olmuş və orada işləyən satıcıdan spirtli içki olub-olmadığını soruşmuş, satıcı isə olmadığını demiş və o, bundan sonra oradan çıxmışdır. Mağazadan çıxarkən siqaret bloklarını və danışıq kartlarını oğurlamışdır. Əməlindən peşmandır. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X2 məhkəmə iclasında bildirdi ki, ünvan 2 ünvanda yerləşən “Bizim market” mağazada satıcı işləyir. 18.01.204-cü il tarixdə Şəxs onun işlədiyi mağazadan oğurluq etmişdir. Ona dəymiş ziyanı tələb etmir. Şəxs heç bir şikayəti və tələbi yoxdur. İnzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Mingəçevir Şəhər Polis Şöbəsinin polis serjantı X3 zərərçəkmişin ərizəsi ilə tanış olduğunu, ərizənin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. İş materialları ilə müəyyən edildi : Mingəçevir ŞPŞ-nin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibinin əlamətləri təsdiq olunmadığından cinayət işinin başlanması rədd edilmişdir. Zərərçəkmiş şəxs X2 tərəfindən xx.xx.2024-cü il tarixdə yazılmış ərizədən görünür ki, ona dəymiş ziyanı tələb etmir və Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənləri nəzərə alıb iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati materialı araşdırıb və barəsində inzibati icraat aparılan şəxsin zərərçəkmiş şəxslə barışmasını və dəymiş zərərin tələb olunmadığını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində başlanmış Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Qeyd: Bu Məcəllənin 227-ci maddəsi həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən Bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı protokol üzrə başlanmış inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 39.2, 40.0.1, 43, 48-51, 53.0.10, 55, 105.1, 114.1.4, 115,128-130 maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227–ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı protokol üzrə başlanmış inzibati xəta haqqında işin icraatına Azərbaycan Respublikasının İXM-nin 39.2-ci maddəsinə əsasən xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar