Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-379/2020 19.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X5, Brəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, vəkili X4, zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1949-cu ildə Laçın rayonu Suvad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olan, ünvan 2 mənzil 7 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə təxminən saat 19:30 radələrində Mingəçevir şəhəri Puşkin küçəsində yaşadıqları binada aralarında yaranmış mübahisə zamanı gəlni X2 döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 19:30 radələrində Mingəçevir şəhəri Puşkin küçəsində yaşadıqları evdə gəlnilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Naibə Ələsgərovanı əli ilə itələmişdir. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs X3 ilə barışdıqları üçün iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasnda izahatında bildrdi ki, Mingəçevir şəhəri A.S.Puşkin küçəsində yaşadıqları evdə qayınanası Şəxs ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı qayınanası Şəxs onu vurmuşdur. Şəxs ilə barışmış, ondan heç bir şikayəti və tələbi yoxdur və iş üzrə icraata xitam verilməsini xahiş edir. İşə əlavə olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 387 №li rəyində göstərilir ki, X1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarət- döş qəfəsinin ön səthində qançır, küt əşyanın (alətin) təsirindən əmələ gəlmişdir, yetirlimə müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğundur, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmur. Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ərizələrini, Şəxs əməlindən peşiman olmasını nəzərə alaraq hesab edirəm ki, onlar barışdıqları üçün iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanılır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.0.9-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130cu maddələrini rəhbər tutub Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-379/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-379/2020
19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver