Məhkəmə qərarları › İş №3(051)-381/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-381/2020

03.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-381/2020 03.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, X1 Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət X5 İnzibati Xəta haqqında İXP ******* və İXP ******* saylı inzibati protokollarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət X5 İnzibati Xəta haqqında İXP ******* saylı və İXP ******* saylı inzibati protokollarından şikayət verərək ləğv olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Lakin X3 ərizə ilə məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. X3 ərizəsini onunla əsaslandırmışdır ki, **-ZN-*** dövlət qeydiyyat nişanlı «VAZ 21154” markalı avtomobili idarə edir. xx xxxx 2020-ci il tarixdə idarə etdiyi avtomobilə heç bir əsas olmadan X2 tərəfindən 237.2 və 237.4-cü maddələləri ilə cərimə yazılmışdır. Onun barəsində İXP ******* saylı və İXP ******* saylı inzibati protokollar tərtib edilmişdir. Ona görə də Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Dövlət X5 İnzibati Xəta haqqında İXP ******* saylı və İXP ******* saylı inzibati protokollarınən ləğv olunmasını xahiş etmişdir. Təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edirəm ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.6-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüququ var. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İş materialları nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, Sərvan Nəbiyev tərəfindən verilmiş şikayətin heç bir hüquqi əsası yoxdur. Belə ki, S.Nəbiyev barəsində inzibati protokol tərtib edilmiş, lakin şəxsin inzibati protokoldan şikayət vermək hüququ yoxdur. S.Nəbiyev barəsində tərtib edilmiş inzibati protokola qiymət verilməsi müvafiq icra hakimiyyəti orqanın yuxarı vəzifəli şəxsinin vəzifəsinə aiddir. Bundan əlavə Sərvan Nəbiyev inzibati qərardan öz yaşadığı yer üzrə şikayət verə bilər. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən də görünür ki, S.Nəbiyevin yaşayış və qeydiyyat yeri Naxçıvan Muxtar Respublikası Şahbuz rayonudur. Bundan əlavə X3 özünün təqsirsiz olmasını iddia etsə də bu barədə heç bir sübut gətirməməklə bərabər ərizəsində bu halı əsaslandırmamışlar. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsində yazılmışdır ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133 və 134-cü maddələrini rəhbər tutaraq qərar verdim : X3 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar