Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-382/2022 29.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin hüquq və kadr işləri üzrə mütəxəssisi X1 Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş: Şəxs iştirakı ilə xx.xx.1956-cı il tarixdə Zərdab rayonu Qoruqbağı kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin vəzifəli şəxsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə verilmiş ona görə ki, xx.xx.2022-ci il tarixdə Şəxs işlətdiyi Mingəçevir şəhəri, Puşkin küçəsində yerləşən “Əli- İnşaat” mağazasının fasadında icazəsiz reklam aşkar olunmuşdur. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1–ci maddəsi ilə xx.xx.2022-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun dəlillərini qəbul etmədi və göstərdi ki, Mingəçevir şəhəri, A.S.Puşkin küçəsində yerləşən «Əli-İnşaat» mağazasını o, əvvəllər işlətmiş, sonra təhvil vermişdir. xx.xx.2022-ci il tarixdə mağazaya onun aidiyyəti olmamışdır. Reklam Agentliyinin əməkdaşları icazəsiz reklam yerləşdirdirildiyini aşkar etdikləri zaman o xəstə olmuşdur, həmin vaxt orada olmamışdır. Orada olan uşaqlarda Reklam Agentliyin əməkdaşlarının qanuni tələbinə məhəl qoymamışlar. Bu səbəbdən Reklam Agentliyinin əməkdaşları tərəfindən inzibati protokol tərtib edilmişdir. Odur ki, məhkəmədən barəsində tərtib edilmiş inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin hüquq və kadr işləri üzrə mütəxəssisi X2 protokolun dəlillərini müdafiə etdi və göstərdi ki, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2017-ci il tarixli 1472 nömrəli fərmanına əsasən, ölkə ərazisində açıq məkanda reklam daşıyıcılarının yerləşdirilməsi, onlar üzərindəki reklamların hazırlanması və yayımlanması sahəsində vahid tənzimləmə və nəzarət Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2017-ci il ta ixli 1472 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə 2022-ci ilin iyun ayında X9 İdarəsinin əməkdaşları Mingəçevir şəhərində növbəti xidməti reyddə olan zaman, Mingəçevir şəhəri, Puşkin küçəsində yerləşən və Şəxs məxsus olan "Əli İnşaat’' adlı mağazanın qarşısında açıq məkanda 14 m2 həcmdə icazəsiz reklam qurğularının yerləşdirilməsi faktını aşkar etmişlər. Əməkdaşlar reklam qurğusunun yayımlanmasına görə icazə sənədinin alınmasının zəruriliyini mağazanın rəhbərliyinin diqqətinə çatdırsalar da, qanunun tələbinə məhəl qoyulmamış, müvafiq sənədin alınmasından imtina edilmişdir. Ona görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Eyvazov X5 şəhəri, Puşkin küçəsində yerləşən mağazasının qarşısında açıq məkanda 14 m2 həcmdə icazəsiz reklam qurğularını vurarkən X9 İdarəsindən icazə almalı olduğu halda, bunu etməmiş, əməkdaşları reklam qurğusunun yayımlanmasına görə icazə sənədinin alınmasının zəruriliyini çatdırsalar da, rəhbərlik qanunun tələbinə qəsdən tabe olmamış, müvafiq sənədin alınmasından imtina etmişdir. Sadalanan xüsusatlarm məcmusuna diqqət yetirdikdə məlum olur ki, Şəxs öz əməlinin hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmiş, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdir. Beləliklə, Şəxs hüquqazidd əməli 13 iyun 2022-ci il tarixdə - inzibati xəta haqqında protokol tərtib edildiyi gün başa çatmışdır. Odur ki, protokolun dəlillərini müdafiə edir və inzibati xəta törətmiş hüquqi şəxs haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin, inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin izahatını, həmçinin inzibati haqqında icraat materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Mingəçevir şəhəri, Puşkin küçəsində yerləşən “Əli-İnşaat” mağazasının fasadında icazəsiz reklam yerləşdirildiyindən, Şəxs tərəfindən AR İXM-nin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə olan Açıq məkanda reklam haqqında qanunvericiliyin pozulması hallarının müəyyən edilməsinə dair İRY000090 nömrəli, xx.xx.2022-ci il tarixli Aktdan görünür ki, xx.xx.2022-ci il tarixdə Mingəçevir şəhəri, Puşkin küçəsində yerləşən “Əli-İnşaat” sahibkar mağazasının fasadında icazəsiz reklam yayımlandığı aşkar edilmişdir. Həmin aktda Şəxs aktın tərtib edilməsində həm iştirak etdiyi, həm də iştirak etməkdən imtina etdiyi qeyd edilmişdir. İşdə olan İMG000090 nömrəli, xx.xx.2022-ci il tarixli İcrası məcburi olan Göstərişdən görünür ki, Şəxs 5 gün ərzində İRY000090 nömrəli, xx.xx.2022-ci il tarixli Aktda qeyd olunan qanun pozuntularını aradan qaldırılması tələb olunmuş, əks halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi əsas tutularaq barəsində inzibati xəta haqqında protokol tərtib olunacağı bildirilmişdir. Qeyd edilən göstərişdə də Şəxs iştirak etməkdən imtina etdiyi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, İ**********0003 və İ**********0001 qeydiyyat nömrəli açıq məkanda reklam yerləşdirilməsinə dair İcazələrdən görünür ki, Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsi tərəfindən X3 xx.xx.20222-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Mingəçevir şəhəri, Puşkin küçəsində fasad reklamları yerləşdirilməsinə icazə verilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin izahatı, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin vəzifəli şəxsi tərəfindən Şəxs barəsində inzibati xəta haqqında protokol qanunun tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, iş materialları ilə Şəxs Mingəçevir şəhəri, Puşkin küçəsində yerləşən “Əli-İnşaat” mağazasında sahibkarlıq fəaliyyəti ilə məşğul olması sübut olunmur. Əksinə, qeyd edilən mağazada quraşdırılmış reklam lövhələrinə icazə alınmasını göstərən rəsmi sənədlərdən görünür ki, həmin mağazada ünvan 2 ünvanında qeydiyyatda olan X4 ********** nömrəli VÖEN əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bu da onu deməyə əsas verir ki, törədilmiş inzibati xətanın Şəxs aidiyyəti yoxdur. Belə olan halda Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə Şəxs barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi qanunverici sadalanan prosessual hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan, qanunda nəzərdə tutulmuş qaydada əldə edilmiş sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş vəzifəli şəxsin vəzifəsi olmasını, inzibata xəta haqqında iş üzrə icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə inzibati xəta haqqında protokola baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin vəzifəli şəxsi “Şəxs İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsində təqsirli olmasını, ümumiyyətlə onun inzibati xətanın törədilməsinə aidiyyəti olmasını mötəbər sübutlara əsasən müəyyən etməmiş, nəticədə qanunsuz və əsassız olaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən, bu Məcəllənin 53-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə inzibati xəta haqqında protokola işdə olan materiallar əsasında baxaraq, tərtib edilmiş protokolun qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində tərtib edilmiş Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol əsasında başlanılmış inzibati xəta haqqında iş üzrə icraata şəxsin inzibati xəta törədilməsinə aidiyyəti olmadığına görə xitam verilmədir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə Azərbaycan Respublikası Dövlət X7 Regional Reklam İdarəsinin vəzifəli şəxsi tərəfindən xx.xx.2022–ci il tarixdə tərtib edilmiş MN ******* nömrəli protokol üzrə inzibati xəta haqqında işin icraatına inzibati xəta törətmiş şəxsin şəxsin inzibati xəta törədilməsinə aidiyyəti olmadığına görə görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-382/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-382/2022
29.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver