Məhkəmə qərarları › İş №3(051)-382/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-382/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-382/2024 10.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Mingəçevir şəhər PŞ-nin sahə rəisi X3, Zərərçəkmiş şəxs X4, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.2004-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM–nin 227-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs X1 məxsus 23 manat dəyərindən dəmir yeşik oğurlamışdır. Mingəçevir şəhər PŞ-nin sahə rəisi X3 məhkəmə iclasında izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 16:00 radələrində X5 ilə birlikdə X1 məxsus Mingəçevir şəhəri Ş.X.Şuşinski küçəsi ev 16 C ünvandakı həyətyanı sahəsindən ümumi dəyəri 23 manat olan dəmir yeşik oğurlamışdır. Ona görə də Şəxs barəsində MN №1860238 saylı, xx.xx.2024-cü il tarixli protokol tərtib edilərək, baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, pula ehtiyacı olduğu üçün o, X5 ilə birlikdə xx.xx.2024-cü il tarixdə ünvan 2 ünvandakı həyətyanı sahəsindən 1 ədəd dəmir yeşik oğurlamışlar. Sonra həmin dəmir yeşiyi Mingəçevir şəhəri Samux küçəsində yerləşən metal alqı-satqısı ilə məşğul olan obyektdə 23 manata satmışlar. Əldə edilən həmin pulu öz aralarında bölmüşlər. Əməlindən peşmandır. Qeyd edilənləri nəzərə alaraq barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə özünə məxsus olan ünvan 3 ünvanında yerləşən hazırda tikilməkdə olan və içərisində heç bir əşya olmayan fərdi yaşayış evindən 1 ədəd çəkisi 48 kq olan dəmir yeşiyi oğurlanmışdır. Hazırda ona dəymiş zərər ödənilməmişdir. Şəxs qanun daxilində tənbeh verilməsini xahiş edir. İşdə olan sübutlar: MN №1860238 saylı, xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” prtokoldan görünür ki, şəxs İmanov X2 şəhər ərazisində xx.xx.2024-cü il tarixdə saat 19:34 radələrində inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilmısi haqqında qərardan görünür ki, Şəxs ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş 47 nömrəli xx.xx.2024-cü il tarixli rəyə əsasən xx.xx.2024-cü il tarixdə təqdim olunmuş 1 ədəd 48 kq-lıq dəmir yeşiyin qiyməti 1 kq dəmirin qiyməti 0.48 qəpik olmaqla 48 kq dəmir yeşiyin qiyməti 23 manat dəyərindədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həmdə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 31-ci maddəsinin tərəflərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə toplanmış sübutları məcmu halda araşdırıb, qiymət verərək hesab edirki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal isə müəyyən edilmədi. Məhkəmə inzibati xətanın xarakterini, pozuntunu törədənin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halların olmamasını nəzərə alıb digər tənbeh tədbirinin tətbiqini kifayət saymayaraq hesab edir ki, şəxs barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutub Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli xx.xx.2024-cü il tarixdən saat 19:34-dən hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar