Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-383/2020 19.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, məhkəmə iclas katibi X2 Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə X1 şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, ünvan 1 mənzil 46 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim : Sumqayıt şəhər məhkəməsinin 1(060)-277/2014 №li xx.xx.2014-cü il tarixli icra sənədi ilə Şəxs 345995,86 manat, Yasamal rayon məhkəməsinin 1(004)-13/2015 №li xx.xx.2015-ci il tarixli icra sənədi ilə 660.223.56 manat və 411585.11 manat, Bakı şəhəri Nizami rayon məhkəməsinin 1(007)-161/2014 №li xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən 160 manat ekspertiza xərci, Bakı şəhəri Nizami rayon məhkəməsinin 1(007)-161/2014 №li xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən 15593.56 manat, Xocavənd rayon məhkəməsinin 1(069)-1/2015 №li xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən 6716.54 manat, Xocavənd rayon məhkəməsinin 1(069)-1/2015 №li xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən 150 manat alınıb Dövlət büdcəsinə keçirilməlidir. Borcunu ödəmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o fəhlədir. Bakı şəhərində avtoyuma məntəqəsində işləyən vaxt bir nəfər ona yaxınlaşmış sənədlərə imza etdirmiş, ona 600 manat pul vermişdir. Bundan sonra həmin şəxs müəyyən müddət hər ay sənədlərə imza etdikdən sonra ona 600 manat pul verirdi. Alazan deyilən yerdə balıq tutan zaman, onu polis əməkdaşları tutub apardılar. Məhkəmə hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edildi. 2019-cu ilin fevral ayından vaxtından əvvəl şərti azad olunmuşdur. Hesab edir ki, onun dövlətə borcu qalmamışdır. Borcu qalsaydı onu vaxtından əvvəl şəri azad etməzdilər. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında bildirdi ki, Sumqayıt şəhər məhkəməsinin 1(060)-277/2014 №li xx.xx.2014-cü il tarixli icra sənədi ilə Şəxs 345995,86 manat, Yasamal rayon məhkəməsinin 1(004)-13/2015 №li xx.xx.2015-ci il tarixli icra sənədi ilə 660.223.56 manat və 411585.11 manat, Bakı şəhəri Nizami rayon məhkəməsinin 1(007)-161/2014 №li xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən 160 manat ekspertiza xərci, Bakı şəhəri Nizami rayon məhkəməsinin 1(007)-161/2014 №li xx.xx.2014-cü il tarixli icra sənədinə əsasən 15593.56 manat, Xocavənd rayon məhkəməsinin 1(069)-1/2015 №li xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən 6716.54 manat, Xocavənd rayon məhkəməsinin 1(069)-1/2015 №li xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən 150 manat alınıb Dövlət büdcəsinə ödənilməlidir. Şəxs icra sənədini icra etməkdən boyun qaçırdığına, heç bir ödəniş etmədiyinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 528-1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Təqdim olunmuş sənədləri araşdırıb, tərəflərin izahatını dinləyib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinin tələblərinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Şəxs əməlini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati həbs tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq qərara aldım : Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. İnzibati həbs müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən, saat 18:00-dan hesablansın. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-383/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-383/2020
19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver