Məhkəmə qərarları › İş №3(051)-383/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-383/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-383/2024 21.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: Hacıməmmədov Sənan Mülkağa oğlunun, Tələbkar Zərərçəkmiş şəxs, Borclu Şəxs iştirakı ilə xx.xx.2004–cü il tarixdə Qəbələ rayonu, Vəndam qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Qəbələ rayonu, Nohurqışlaq ərazi dairəsi, Nohurqışlaq kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-1144/2022 saylı icra vərəqəsi üzrə yaranmış 3043.99 manat borcun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamənin tələblərinə məhəl qoymayaraq borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən qəsdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-1144/2022 saylı icra vərəqəsinə əsasən Şəxs maddi ziyana görə 2513.99 manat və vurulmuş mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 3013.99 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla belə borclu tərəfindən borcundan 500 manat ödəniş edilmişdir. Odur ki, məhkəmədən borclu haqqında qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-1144/2022 saylı icra vərəqəsinə əsasən ondan maddi ziyana görə 2513.99 manat və vurulmuş mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 3013.99 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin maddi imkanı olmadığı üçün borcunu ödəyə bilməmişdir. Bununla belə borcunu ödəməkdən boyun qaçırmır və 500 manat ödəniş etmişdir. Qalan borcunu da ödəyəcəkdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-1144/2022 saylı icra vərəqəsinə əsasən Şəxs maddi ziyana görə 2513.99 manat və vurulmuş mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 3013.99 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb ona verilməsi qət edilmişdir. Borclu tərəfindən mövcud borcundan 500 manat ödəniş edilmişdir. Odur ki, məhkəmədən izahatında göstərilənlərin nəzərə alınaraq qərar çıxarılmasını xahiş edir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-1144/2022 saylı icra vərəqəsindən görünür ki, Şəxs maddi ziyana görə 2513.99 manat və vurulmuş mənəvi zərərə görə 500 manat olmaqla, cəmi 3013.99 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-1144/2022 saylı icra vərəqəsi üzrə yaranmış 3043.99 manat məbləğində borc Şəxs tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Şəxs Zərərçəkmiş şəxs borcundan 500 manat ödəniş etmişdir. Beləliklə, borclunun və tələbkarın izahatlarını, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Borclunun izahatı və iş materialları ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, borclu borcunu maddi imkanı olmadığı üçün ödəyə bilməmiş, hazırda isə mövcud borcundan 500 manat ödəniş etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və icra sənədini üzrsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Həmin Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar