Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-384/2020 07.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər Polis Şöbəsinin Yol Patrul Xidmətinin inspekyoru X5 və X2 iştirakı ilə, X2 Mingəçevir şəhər Polis Şöbəsinin Yol Patrul Xidmətinin İnzibati Xəta haqqında xx xxxx 2017-ci il tarixli, İXP 878641 saylı inzibati protokoldan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X1 şəhər Polis Şöbəsinin Yol Patrul Xidmətinin İnzibati Xəta haqqında xx xxxx 2017-ci il tarixli, İXP 878641 saylı inzibati protokoldan şikayət verərək ləğv olunmasını xahiş etmişdir. X4 məhkəmə iclasında ərizəsini onunla əsaslandırmışdır ki, Mingəçevir şəhər Polis Şöbəsinin Yol Patrul Xidmətinin inspekyoru X5 tərəfindən onun barəsində İnzibati Xəta Məcəlləsinin 327.1 və 333.1-ci maddələri ilə xx xxxx 2017-ci il tarixli, İXP 878641 saylı inzibati protokol tərtib edilmiş, 640 manat cərimə edilmişdir.tərtib olunmuş protokolda guya onun xx.xx.2017-ci il tarixdə saat 15:32 radələrində Mingəçevir şəhəri H.Əliyev prospekti ilə Puşkin küçəsinin kəsişməsində idarə etdiyi VAZ-2109 markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etməsi qeyd etmişdir. Lakin bu göstərilənlər tam olaraq yalandır. Belə ki, protokol onun iştirakı olmadan tərtib edilmiş və o protokola imza etməmişdir. Protokol tərtib edilərkən heç bir şahidin iştirakı olmamışdır. Onun sözügedən protokoldan bir neçə gün əvvəl “xxxxxxxxxxx” ASC-yə müraciəti zamanı xəbəri olmuşdur. Ona görə də Mingəçevir şəhər Polis Şöbəsinin Yol Patrul Xidmətinin İnzibati Xəta haqqında xx xxxx 2017-ci il tarixli, İXP 878641 saylı inzibati protokolunun ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Mingəçevir şəhər Polis Şöbəsinin Yol Patrul Xidmətinin inspekyoru X5 göstərmişdir ki, X2 şikayətinin heç bir hüquqi əsası yoxdur. Belə ki, K.Abdullayevin sürücülük hüququ olmamış və sərxoş olduğu üçün onun barəsində protokol tərtib edilmişdir. Protokol şəxsin özünün iştirakı ilə tərtib edilib. Çünki şəxs özü sərxoşluq vəziyyətindən ayıldıqdan sonra protokol tərtib edilir və nəqliyyat vasitəsi cərimə dayanacağından şəxsin iştirakı ilə protokol tərtib edildikdən sonra buraxılır. Sözügedən protokol elektoron formada tərtib edilmiş və tərəfə təqdim edilmişdir. Həmin vaxt imzalanan protokol materiala əlavə olunub arxivə verilir. Həmin materiallar isə uzun müddət keçdiyi üçün məhv edilmişdir. Qərardan şikayət vermə müddəti ötmüşdür. Ona görə də şikayətin təmin olunmamasını xahiş edir. Təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edirəm ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1.6-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək hüququ var. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. İş materialları nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, Kamal Abdullayev tərəfindən verilmiş şikayətin heç bir hüquqi əsası yoxdur. Belə ki, K.Abdullayev barəsində inzibati protokol tərtib edilmiş, lakin şəxsin inzibati protokoldan şikayət vermək hüququ yoxdur. K.Abdullayev barəsində tərtib edilmiş inzibati protokola qiymət verilməsi müvafiq icra hakimiyyəti orqanın yuxarı vəzifəli şəxsinin vəzifəsinə aiddir. Bundan əlavə X4 özünün təqsirsiz olmasını iddia etsə də bu barədə heç bir sübut gətirməməklə bərabər ərizəsində bu halı əsaslandırmamışlar. Bundan əlavə K.Abdullayev protokoldan yeni xəbərdar olmasını iddia etsə də inpektorun izahatında bildirdiyi kimi bu hal mümkün deyil. Belə ki, qanunvericiliyin tələbindən də bilindiyi kimi protokol şəxsin iştirakı ilə tərtib edildikdən və şəxsə bu protokol təqdim edildikdən sonra nəqliyyat vasitəsi cərimə dayanacağından buraxılır. Bundan əlavə Kamal Abdullayevin cərimə yazıldığı vaxt sürücülük hüququ olmamış və o bunu istisna edən heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsində yazılmışdır ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133 və 134-cü maddələrini rəhbər tutaraq qərar verdim : X4 tərəfindən verilmiş şikayət təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-384/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-384/2020
07.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver