Məhkəmə qərarları › İş №3(051)-385/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-385/2020

23.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-385/2020 23.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən Mingəçevir şəhər məhkəməsinin hakim Kərimova Məhburə Kərim qızı Hacıyev Fəzail Hacı oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X2 iştirakı ilə, X2 Mingəçevir ŞPŞ-nin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2018-ci il tarixli qərarından şikayətinə baxaraq Müəyyən etdim: X4 barəsində “İnzibati tənbeh vermə haqqında” Mingəçevir şəhər polis şöbəsinin xx.xx.2020-ci il tarixli qərarından şikayət vermişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X4 şikayətini əsaslı hesab edərək məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, özünəməxsus yük avtomaşını var. Həmin avtomaşınla ayrı-ayrı rayonlardan soğan və digər tərəvəz məhsulları gətirib satmaqla ailəsinin maddi ehtiyaclarını ödəyir. xx.xx.2020-ci ildə avtomaşını idarə edən zaman Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhər ərazisində saxlanılaraq karantin rejimi qaydalarını pozduğunu bildirdilər. O isə razılaşmayaraq pandemiya dövründə yük maşınlarının işləməsinə qadağa olmadığını bildirdi və onun cərimə olunmasına etiraz etdi. Polis əməkdaşları onu polis şöbəsinə apardılar. Polis şöbəsində onun barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib edildi və 200 manat cərimə olunduğunu bildirdilər. O, etiraz edərək barəsində tərtib edilmiş inzibati protokolun və protokol əsasında qəbul edilmiş qərarın əsassız olduğunu bildirərək protokola imza etməkdən imtina etdi. Hesab edir ki, pandemiya dövründə yük avtomaşınlarının hərəkətləri qadağan edilmədiyinə, idarə etdiyi avtomaşın isə yük avtomaşını olduğuna görə onun cərimə olunması barədə polis şöbəsinin ******* №li xx.xx.2020-ci il tarixli qərarı əsassızdır və ləğv olunmalıdır. Şahid X6 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər PS-nin PPXBnin polis nəfəridir. xx.xx.2010-ci il tarixdə şəhər ərazisində karantin rejimi qaydalarının pozulması hallarını müəyyən etmək üçün reydlər keçirilən zaman şəhərin Dram Teatr ərazisində hərəkətdə olan yük avtomaşınını saxladılar. Yoxlama zamanı müəyyən edildi ki, həmin avtomaşının, eləcə də sürücünün icazəsi yoxdur. Soradan adını bildiyi sürücü İlham Şirəliyev səs küy saldığına görə o, polis şöbəsinə dəvət olundu. PS-nin rəisinə raport yazdılar. Polis şöbəsində İ.Şirəliyev barəsində protokol tərtib edilmişdi. Şahid, Mingəçevir şəhər PS-nin PPXB-nin polis nəfəri X5 da məhkəmə iclasında N.Səfərli ilə eyni məzmunda izahat verdi. İş materiallarını araşdırıb hesab ediləm ki, şikayət təmin olunmamalıdır. İşə əlavə olunmuş Mingəçevir şəhər PS-nin İTB-nin sahə rəisi X3 tərəfindən tərtib edilmiş ***-**** №li xx.xx.2020-ci il tarixli inzibati xəta haqqından protokoldan görünür ki, X4xx.xx.2020-ci il tarixdə icazəsiz olaraq şəhər ərazisində hərəkətdə olmaqla karantin rejimi qaydalarını pozduğuna görə barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər PS-nin İTB-nin rəisi X1 MN ******* №li xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 xx.xx.2020-ci ildə icazəsiz şəhər ərazisində hərəkətdə olaraq karantin rejimi qaydalarını pozduğuna görə İXM-nin 211.1ci maddəsi ilə 200 manat inzibati cərimə olunmuşdur. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X4 şikayətində İXM-nin 211.1-ci maddəsi ilə inzibati cərimə olunmasını qanunsuz hesab etmiş, şikayətini isə özünəməxsus fərdi yük avtomaşını ilə yük daşıdığını, pandemiya dövründə yük avtomaşınlarının işləməsinə qadağan qoyulmaması, ona görə də avtomaşının işləməsi üçün icazə alınmasına zərurət olmaması ilə əsaslandırmışdr. “Koronavirus” (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ qərargahın məlumatına əsasən xüsusi karantin rejim dövrünün tələblərinə əməl olunması şərti ilə hava, dəniz, dəmiryolu və avtomobil nəqliyyatı ilə yük daşımaları fəaliyyətinin davam etdirilməsinə icazə verilir. Lakin məhkəmə tədqiqi zamanı barəsində qərar qəbul edilmiş X2 ümumiyyətlə özünəməxsus avtomaşınla yükdaşıma fəaliyyəti ilə məşğul olmasına dair icazəsi, (lisenziyası) olması müəyyən edilmədi. Eləcə də İlham Şirəliyevə məxsus avtomobilin karantin dövründə hərəkətinə icazə olması müəyyən edilmədi. Həmçinin, aydın oldu ki, barəsində qərar qəbul edilmiş X4 müəyyən edilmiş qaydada icazə almadan şəhər ərazisində hərəkətdə olmaqla karantin rejimi qaydalarını pozmuşdur. Qeyd edilənlərə əsasən hesab edirəm ki, inzibati məsuliyyətə cəlb olunmuş X2 əməlində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin tərkibi vardır. Barəsində olan qərarın ləğv edilməsi və işin icraatına xitam verilməsi üçün qanunı əsas yoxdur. Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 126, 128-134-cü maddələrini rəhbər tutub, Qərara aldım: Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X2 şikayəti təmin olunmasın. X2 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən 200 manat cərimə edilməsi barədə Mingəçevir ŞPŞ-nin rəisi C.Mirzəyevin MN ******* №li xx.xx.2020-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarı dəyişdirilmədən saxlanılın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar