Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-386/2022 27.07.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Paşayev Nemət Şirkət oğlu Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN Mingəçevir şəhər polis Şöbəsi tərəfindən məhkəməyə təqdim olunmuş protokola əsasən, Şəxs xx.xx.2022-ci il tarixdə nəqliyyat vasitəsini alkoqoldan istifadə etməsi nəticəsində sərxoş vəziyyətdə idarə etdiyindən, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati işin materiallarını araşdıraraq hesab edir ki, inzibati iş aidiyyəti üzrə baxılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan xx.xx.2019-cu il tarixli SQ ******* saylı şəxsi vəsiqədən görünür ki, Şəxs AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.4-cü maddəsinə əsasən bu Məcəllənin 610-618-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, habelə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları hərbi qulluqçular və toplanışa çağırılmış hərbi vəzifəlilər törətdikdə, inzibati xətalar haqqında işlərə hərbi məhkəmələr baxır. Məhkəmə, həmçinin müəyyən etdi ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda istinad olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi, həmin Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların dairəsinə daxildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 112.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs hazırda AR Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir. Belə olan halda Şəxs barəsində Azərbaycan Respublikası DİN Mingəçevir şəhər polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol toplanmış materiallarla birlikdə baxılması üçün aidiyyatı üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-ci maddələrinə əsasən məhkəmə, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası DİN Mingəçevir şəhər polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol toplanmış materiallarla birlikdə baxılması üçün aidiyyəti üzrə Tərtər Hərbi Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-386/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-386/2022
27.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver