Məhkəmə qərarları › İş №3(051)-387/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-387/2021

08.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-387/2021 08.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlunun, Məhkəmə iclas katibi X1 və Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Mingəçevir şəhəri Polis şöbəsi tərəfindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXMnin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, M ü ə y y ə n e t d i m: Mingəçevir şəhəri DYPB-nin polis kapitanı X2 tərəfindən Şəxs barədə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında bildirdi ki, xx.xx.2021-ci il tarixdə idarə etdiyi VAZ 2105 markalı **-DL-*** qeydiyyat nişanlı avtomobil ilə Mingəçevir şəhər Naxçıvan küçəsi ilə Təbriz küçəsi istiqamətində hərəkətdə olarkən qarşıdan gələn VAZ 21063 markalı **-BL-*** qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol nəqliyyat hadisəsi törədilmişdir. Hadisə ilə bağlı polis şöbəsində araşdırma aparılmışdır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, protokolu tərtib edən şəxs Anar Mirzəyev məhkəmə iclasına gəlməmiş, protokolun əsaslı olub olmamasını sübuta yetirməmişdir. Bundan əlavə Şəxs barədə tərtib olunmuş inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti göstərilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin mənasına görə zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildikdə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulduqda həmin maddə ilə inzibati məsuliyyət yaranır. Lakin inzibati xəta haqqında protokola zərərçəkmiş şəxsin sağlamlığına xəsarət yetirilməsi və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasını təsdiq edən sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda inzibati xəta haqqında protokol və ya digər sənədlər geri qaytarılır. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutub, Q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol Mingəçevir şəhər polis şöbəsinə geri qaytarılsın. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar