Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-388/2021 08.04.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən Mingəçevir şəhər məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı, Mingəçevir şəhəri Polis şöbəsi tərəfindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 332.4 cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, M ü ə y y ə n e t d i m: Mingəçevir şəhəri DYPB-nin polis kapitanı X1 tərəfindən Şəxs barədə Azərbaycan Respublikası İXMnin 332.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Hesab edirəm ki, inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti göstərilməlidir. Lakin Şəxs barədə tərtib olunmuş inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti göstərilməmişdir. Bundan əlavə İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin mənasına görə zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarəti yetirildikdə və ya zərərçəkmiş şəxsə maddi zərər vurulduqda həmin maddə ilə inzibati məsuliyyət yaranır. Lakin inzibati xəta haqqında protokola zərərçəkmiş şəxsin sağlamlığına xəsarət yetirilməsi və ya zərərçəkmiş şəxsə maddi zərər vurulmasını təsdiq edən sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda inzibati xəta haqqında protokol və ya digər sənədlər geri qaytarılır. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutub, Q ə r a r a a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol Mingəçevir şəhər polis şöbəsinə geri qaytarılsın. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-388/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-388/2021
08.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver