Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-388/2022 28.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1986-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, ikinci dərəcəli əlilliyi olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə saat 09:40 radələrində Mingəçevir şəhərində yerləşən ictimai yer olan H.Əliyev prospekti 51 saylı binanın qarşısında X2 qarşı nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Onun qanunazidd əməllərinin qarşısını almaq üçün gələn polis işçilərinin qanuni tələblərini qəsdən pozmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamda təqsirli bilmədi və ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə X3 ilə onun arasında heç bir mübahisə olmamışdır. Sadəcə olaraq o, X1 eynək vitrinini yerləşdirdiyini görmüş və o da icazə verildiyini düşünərək öz eynək vitrinini yerləşdirmişdir. Video çəkilişdə olan mübahisələr bu gün deyil, 1 ay bundan qabaq olmuşdur. Həmin hala görə cərimə edilmişdir. O vaxtdan etibarən isə heç bir mübahisə etməmiş, öz fəaliyyəti ilə məşğul olmuşdur. X1 şikayəti əsasında polis əməkdaşları ondan küçədə yerləşdirdiyi eynək vitrinini götürməyi tələb etmişlər. Lakin həmin ərazidə Sahib Əzizova məxsus olan vitirinlər yığışdırmadığı üçün o da yığışdırmamışdır. Ona görə də polis əməkdaşları onun barəsində protokol tərtib etmişlər. Hesab edir ki, Sahib Əzizov ona qarşı qərəzlidir. O, eynəkləri aşağı qiymətə satdığına görə onunla Sahib Əzizov və tərəfdarları arasında tez-tez mübahisə olmuşdur. Sahib Əzizov da dərhal polis çağırmışdır. O, əslində polisin qanuni tələblərinə tabe olmuş, lakin Sahib Əzizova görə eynək vitrinini götürməmişdir. Hazırda polis əməkdaşlarına münasibətdə əməlindən peşmandır. Yeganə qazancı bazarda eynək satmaqdır. Başqa işlə məşğul ola bilmir. Çünki gözdən İİ qrup əlil olduğuna görə əmək qabiliyyəti məhduddur. Himayəsində azyaşlı uşaqları vardır. Ailənin yeganə qazanc gətirənidir. Odur ki, məhkəmədən barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş, X3 iştirak etdiyi məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə saat 09:40 radələrində Şəxs ona qarşı nalayiq ifadələr işlədərək onu təhqir etmişdir. Bu onun ilk hərəkəti deyil, bundan əvvəl də dəfələrlə eyni hallar onun tərəfindən təkrar olunmuşdur. Hətta bu hadisədən təxminən bir ay əvvəl cəmiyyətə açıqca hörmətsizlik edərək ətrafındakıları nalayiq sözlərlə təhqir etmişdir. Bununla bağlı onda video görüntü də vardır. Bu gün isə Şəxs onu təhqir etmiş, o isə 102 xidmətinə zəng edərək polis çağırmışdır. Polis əməkdaşları Şəxs qanunazidd əməllərinə son qoymasını tələb etsələr də, o, polis əməkdaşları ilə mübahisə etmiş və gözdən əlil olmasından sui-istifadə edərək onların qanuni tələblərinə tabe olmamışdır. Hesab edir ki, Şəxs həm ona, həm də orada işləyən digər şəxslərə qarşı daima hörmətsizlik edərək, onların şərəf və ləyaqətini alçatmışdır. Eləcə də, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq, öz hüquqa zidd hərəkətlərini davam etdirmişdir. Odur ki, məhkəmədən Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin təyin edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs polisin tələbinə məhəl qoymayaraq tabesizlik etmişdir. xx.xx.2022-ci il tarixdə saat 09:40 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospekti 51 saylı binanın qarşısında X2 qarşı nalayiq ifadələr işlətmişdir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 12:50-də inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş Tibbi-Sosial Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair portaldan çıxarışdan görünür ki, Şəxs ikinci dərəcəli əlliyi vardır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatı, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 09:40 radələrində Mingəçevir şəhərində yerləşən ictimai yer olan, H.Əliyev prospektində yerləşən 51 saylı binanın qarşısında X2 qarşı nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla və onun qanunazidd əməllərinin qarşısını almaq üçün gələn polis işçilərinin qanuni tələblərinə qəsdən tabe olmamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Məhkəmə iclası zamanı Şəxs həmin halları inkar etsə də, onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmçinin nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs İİ qrup əlil olması məsuliyyətini yüngülləşdirən haldır. Onun məsuliyyəti ağırlaşdıran hallar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası İXM-in 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə, həmçinin qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1–ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilsə də, İXM-in 510-cu maddəsinə münasibətdə həmin Məcəllənin 535.1-ci maddəsi daha ciddi xəta hesab edildiyinə görə ona həmin Məcəllənin 535.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların mövcud olmamasını, ağırlaşdıran halların olmamasını, həmçinin ikinci qrup əlil olmasını nəzərə alaraq, Şəxs barəsində İXM-in 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimənin dörddə üçü həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 35.1, 35.2, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 150 (bir yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Qərarın icrası Mingəçevir İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-388/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-388/2022
28.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver