Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-389/2020 04.09.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X3, İcra və Probasiya şöbəsinin icra məmuru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Kəlbəcər rayonu Qamışlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdim: Kəlbəcər rayon məhkəməsinin 2(040)-1679/2017 saylı xx.xx.2017-ci il tarixli icra sənədi üzrə yaranmış 7112 manat borcunu Zərərçəkmiş şəxs MMC-yə ödəmədiyinə, qərarın icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirilməməsinə görə Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Kəlbəcər rayon Məhkəməsinin 2(040)-1679/2017 saylı, xx.xx.2018-xx.xx.2017-ci il tarixli qərarına əsasən ondan 7112 manat məbləğdə pul alınıb Zərərçəkmiş şəxs MMC-ə verilməlidir. O, uşağının müalicəsi ilə əlaqədar uzun müddət Ukraynada olmuş, ona görə də məhkəmə qərarından və icra sənədində məlumatı olmamışdır. Xaricdən qayıtdıqdan sonra borcdan 150 və 1000 manat ödəmiş, borcun qalan hissəsinin ödənilməsi ilə bağlı tələbkarla razılığa gəlmişlər. O, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən imtina etməmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Tələbkar, Zərərçəkmiş şəxs MMC–nin nümayəndəsi Natiq İbrahimov məhkəməyə ərizə göndərərək borclu Şəxs borcundan 1150 manat ödədiyini və borclu ilə borcun ödənilməsi ilə bağlı razılığa gəldiklərini bildirmiş və nəzərə alınmasını xahiş etmişdir. Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1 məhkəmə iclasında bildirdi ki, Kəlbəcər rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən qızından 7112 manat məbləğdə pul alınıb Zərərçəkmiş şəxs MMC-əverilməlidir. Ona görə də Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırda tərəflər həmin borcun ödənilməsi ilə bağlı razılığa gəlmişlər. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında müəyyən edildi ki, Şəxs icra sənədini üzrsüz səbəbdən deyil, uzun müddət xaricdə yaşaması səbəbindən icra sənədindən məlumatı olmadığına görə icra etməmişdir. Hazırda isə maddi imkanı olmadığına görə borcu tam ödəyə bilməmişdir və tərəflər həmin borcun ödəməsi ilə bağlı razılığa gəlmişlər. Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi məhkəmə iclasında müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci mddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci madəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməlində 7112 manat borc ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128- 130-ci maddələrini rəhbər tutaraq qərara aldım : Şəxs 7112 (yeddi min bir yüz on iki) manat borcu ilə bağlı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada veridyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-389/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-389/2020
04.09.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver