Məhkəmə qərarları › İş №3(051)-389/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-389/2024

28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-389/2024 28.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X1 və X6 Xidmətinin Mərkəzi regional şöbəsinin baş məsləhətçisi baş əmək müfəttişi X2 iştirakı ilə Mingəçevir şəhəri, ünvan 1 ünvanında fəaliyyət göstərən (VÖEN: **********) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində DƏMX-nin Mərkəzi Aran regional şöbəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: DƏMX-nin Mərkəzi Aran regional şöbəsinin məsləhətçisi X4 tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Mingəçevir şəhər Məhkəməsinə göndərilmişdir. DƏMX-nin Mərkəzi Aran regional şöbəsinin məsləhətçisi X4 tərəfindən hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib olunmuş MN seriyalı ******* nömrəli 29 may 2024-cü il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 8 sayda əmək müqaviləsi bildirişi üzrə işçiləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanılmaması müəyyən edilmiş və buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 izahatında bildirdi ki, artıq istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi bağlanmışdır. Məhkəmədən icraata xitam verilməsini xahiş edirəm. X6 Xidmətinin Mərkəzi regional şöbəsinin baş məsləhətçisi baş əmək müfəttişi X5 məhkəmə iclası zamanı protokolun dəlillərini müdafiə edərək qərarın qüvvədə qalmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 8 sayda əmək müqaviləsi bildirişi üzrə işçiləri istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsinin bağlanılmaması faktı aşkarlanmış və barəsində İXM-inin 469.2-cİ maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli 04 nömrəli əmrdən çıxarışdan görünür ki, X3 xx.xx.2024-cü il tarixdən "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. İşdə olan DƏMX-nin Mərkəzi Aran regional şöbəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış bildirişdən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında Azərbaycan Respublikasının Qanuna əsasən müvafiq riskləri icbari qaydada sıorta etdirmək vəzifəsi mnüəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanılmamasına görə barələrində inzibati icraatın başlanılması nəzərdə tutulmuşdur. İşdə olan DƏMX-nin Mərkəzi Aran regional şöbəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış bildirişdən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə uyğun olaraq barənizdə Mərkəzi Aran regional şöbəsinin inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli Protokol tərtib edildiyi göstərilmişdir. İşdə olan DƏMX-nin Mərkəzi Aran regional şöbəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış bildirişdən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində X6 Xidmətinin Mərkəzi Aran regional şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu üzrə inzibati xəta haqqında işə baxılması 10 iyun 2024-cü il tarixdə 12:00-a təyin olunduğu qeyd olunan vaxtda inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs qismində çağrılmışdır. İşdə olan "xxxx" MMC-ə göndərilən məktubdan görünür ki, DƏMX-nin Mərkəzi Aran regional şöbəsinin MN ******* nömrəli xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsinə əsasən 1500 manat cərimə olunduqları bildirilmişdir. İşdə olan 10 iyun 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-in 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan 08 iyun 2024-cü il tarixli İcbari Sığorta müqaviləsindən görünür ki, "xxxx" MMC-ilə "xxxx" Sığorta Şirkəti arasında istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından dəyən zərərlə əlaqədar peşə qabiliyyətinin itirilməsinə və ya ölümünə görə tərəflər öz aralarında sığorta müqaviləsi bağlamışlar. Belə ki, məhkəmə iş materiallarındakı sənədlərlə və verilmiş izahatlarla müəyyən edir ki, "xxxx" MMC-də xx.xx.2024-cü il tarixdən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaması nəticəsində "xxxx" MMC inzibati xətanın törədilməsində təqsirlidir. Lakin, bütün bunlara baxmayaraq inzibati xəta haqqında protokol tərtib edildiyi gündən yəni 29 may 2024-cü il tarixindən 4 aydan artıq müddət keçməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib olunan "xxxx" MMC barəsində həmin 4 aylıq müddət ərzində inzibati tənbeh tədbiri tətbiq olunmamışdır. Bu hal isə inzibati xəta törətmiş hüquqi şəxsin inzibati məsuliyyətdən azad olunması üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işlər barədə qərar çıxarılır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyi gündən yəni 29 may 2024-cü il tarixindən 4 aydan çox müddət keçdiyindən və həmin müddət ərzində inzibati tənbeh tətbiq olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48– 50, 53, 106, 109, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar