Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-390/2022 28.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1981-ci il tarixdə Kəlbəcər rayonu, Zəylik kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, faktiki olaraq evli, işsiz, Kəlbəcər rayonu, Zəylik ərazi dairəsi üzrə Zəylik kəndində qeydiyyatda olan və faktiki olaraq Gəncə şəhəri, Kəpəz rayonu Yeni qəsəbə ərazisində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə icasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Şəxs 28 iyun 2022-ci il tarixdə saat 01:00 radələrində Mingəçevir şəhərində yerləşən H.Əliyev prospekti ilə Təbriz küçəsinin kəsişməsində sərxoş vəziyyətdə idarə etdiyi nəqliyyat vasitəsini təhvil verməyərək polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi şahid ifadələri və işdə olan sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı göstərdi ki, o, Kəlbəcər rayondan məcburi köçkündür. xx.xx.2022-ci il tarixdə dostunun oğlu hərbi xidməti başa vurduğu üçün onu təbrik etmək məqsədi ilə ailəvi Gəncə şəhərindən gəlmişlər. Dostu olan Xalid adlı şəxslə yemək zamanı spirtli içki qəbul etmişlər. Gecə saatlarında evə qayıdarkən polis əməkdaşları onu saxlamış və spirtli içki qəbul edib etmədiyini soruşduqda, qəbul etdiyini etiraf etmişdir. Polis əməkdaşları ilə birlikdə sərxoşluq dərəcəsinin ölçülməsi məqsədi ilə dispanserə getmişlər. Yoxlamadan sonra geri qayıtdıqda azyaşlı oğlunun qorxduğunu və ciddi həyəcan içində olduğunu müşahidə etmişdir. Polis əməkdaşlarına buna görə avtomobilini cərimə meydançasına sonra aparmalarını bildirmiş və onlar arasında məhz bu səbəbə görə mübahisə yaranmışdır. O həmin vaxt sərxoşluq vəziyyətində olduğundan istəyinin qanunvericiliyə zidd olduğunu anlamamış və mübahisəsinə davam edərək polis əməkdaşlarının tələbinə tabe olmamışdır. Bundan sonra onlar polis şöbəsinə getmişlər. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən inzibati tənbeh tədbiri tətbiq edərkən izahatında göstərdiyi halların nəzərə almasını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Mingəçevir ŞPŞ-in YPX-in inspektoru vəzifəsində işləyir. 28 iyun 2022 -ci il tarixdə saat 01:00 radələrində xidməti istifadəsində olan nəqliyyat vasitəsində YPX-in inspektorları ilə xidmətdə olarkən, Mingəçevir şəhəri, H.Əliyev prospekti ilə Təbriz küçəsinin kəsişməsi ilə hərəkətdə olan Opel markalı **-VL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün işıq cihazından düzgün istifadə etməməsinə görə və hərəkət trayektoriyası sürücünün sərxoş halda olması şübhəsi yaratdığı üçün həmin nəqliyyat vasitəsini saxlatmışdır. O, nəqliyyat vasitəsinə yaxınlaşıb özünü təqdim etdikdən sonra etdiyi qayda pozuntusunu ona izah etməyə çalışmış, lakin şəxs onunla mübahisəyə başlamışdır. Bu vaxt ondan spirtli içki iyi gəldiyini müəyyən etmişdir. Onu müayinə etdikdən sonra içki qəbul etdiyini yəqin etmişlər. Bundan sonra onu Dispanserdə yoxlamaya dəvət etmişlər. Yoxlama zamanı onun yüngül dərəcəli sərxoşluq vəziyyətində olduğu müəyyən edilmişdir. Ondan sonra ona sərxoş olduğuna görə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Ondan sonra sonra Şəxs avtomobili sürüb getmək istədiyini bildirmişdir. Şəxs izah etmişlər ki, sərxoş vəziyyətdə sükan arxasına keçə bilməz, avtomobili idarə etməsi üçün ayıq vəziyyətdə və sücülük hüququ olan bir tanış adam tapsın, lakin Şəxs onlara etiraz etmiş və onlar arasında mübahisə başlamışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə ailəsi nəqliyyat vasitəsindən çıxarılmış və Şəxs nəqliyyat vasitəsini təhvil verməsi tələb olunmuşdur. Bundan sonra Şəxs nəqliyyat vasitəsində 20.000 manat pulu olduğunu iddia etmiş və nəqliyyat vasitəsini könüllü təhvil verməkdən imtina etmişdir. Bundan sonra onlar Mingəçevir ŞPŞ-yə gəlmişlər. Gecə saat 2:30 radələrində Şəxs nəqliyyat vasitəsini onun da iştirakı ilə Mingəçevir şəhər avtomobil duracağına yerləşdirmişlər. Nəqliyyat vasitəsinin açarlarını isə Şəxs özünə təqdim etmişlər. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşı şahid X1 Həsən Namət oğlu ilə eyniməzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. İşə əlavə edilmiş 28 iyun 2022-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində 28 iyun 2022-ci il tarixdə İXM-in 329.3 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş 28 iyun 2022-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28 iyun 2022-ci il tarixdə saat 01:00 radələrində Mingəçevir şəhəri Kürün dairəsində sərxoş vəziyyətdə idarə etdiyi Opel markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə polis əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. İşə əlavə edilmiş 28 iyun 2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs inzibati xəta törədən zaman yüngül dərəcəli sərxoşluq vəziyyətində olmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs 28 iyun 2022-ci il tarixdə Mingəçevir şəhərində yerləşən H.Əliyev prospekti ilə Təbriz küçəsinin kəsişməsində sərxoş vəziyyətdə idarə etdiyi nəqliyyat vasitəsini təhvil verməyərək polis işçisinin qanuni tələbinə qəsdən tabe olmamaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması şahid ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, həmçinin nəzərə alır ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşman olması məsuliyyətini yüngülləşdirən, sərxoş halda olması isə məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 35.1, 35.2, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 8 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin Həbsə almanın əvvəli 28 iyun 2022-ci il tarixdən saat 17:50-dən hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-390/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-390/2022
28.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver