Məhkəmə qərarları › İş №3(051)-392/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-392/2020

27.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-392/2020 27.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Kərimova Məhburə Kərim qızının sədrliyi, Hacıyev Fəzail Hacı oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1956-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 mənzil 14 ünvanda qeydiyyatda olan, Mingəçevir şəhəri ünvan 2 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN № ******* saylı, xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə bacısı X2 yaşadıqları evdə döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, zərərçəkmiş şəxs X3 onu bacısıdır. Onlar hər ikisi mərhum valideyinlərinə məxsus iki mərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində ayrıayrı otaqlarda yaşayırlar. Həmin evin ikinci mərtəbəsində isə bacısı oğlu Tural Çələbiyev öz ailəsi ilə birgə yaşayır. Hal-hazırda Sevinc Muradova ilə onun arasında yaşadıqları fərdi yaşayış evi ilə mülki mübahisə Mingəçevir şəhər məhkəməsində baxılır. O, gözdən əlildir. Tək yaşayır, evdə yemək hazırladıqdan sonra soğan və kartof qabılğarı olan selafon torbanı qapsının ağzından asdı. Fikirləşdi ki, şəhərə çıxan vaxtı zibili özü ilə aparıb atar. Bu zaman Sevinc Muradova onun bu hərəkətini gördü və nəlayiq ifadələr işlətdi. Bundan sonra aralarında mübahisə yarandı. Mübahisə zamanı o, bacısını tutub itələdi. Bacısının üzü divara dəydi. Əməlindən peşimandır. Zərəçəkmiş şəxs X3 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəxs onun qardaşıdır. Onlar hər ikisi mərhum valideyinlərinə məxsus iki mərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində ayrı-ayrı otaqlarda yaşayırlar. Həmin evin ikinci mərtəbəsində isə bacısı oğlu Tural Çələbiyev öz ailəsi ilə birgə yaşayır.xx.xx.2020-ci il tarixdə yaşadığı evdə olan zaman qardaşı Şəxs özü istifadə etdiyi məişət tullantilarını yığdığı sellofanı onun qaldığı otağın qapsının əl tutacağından asmasını gördü. Bununla bağlı ona irad tutdu və aralarında mübahisə yarandı. Mübahisə zamanı qardaşı Şəxs onu əli ilə vurdu, saclarından tutub itələdi. Şəxs qanun daxilində cəza verilməsini xahiş edir. İşə əlavə olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 512 №li rəyində göstərilir ki, X1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər-sağ sifətində qançır, qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Toplanmış sübutları məcmuu halda araşdırıb, qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasi İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həmdə başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törədən Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Əməlindən peşiman olması, İ qrup əlil olması məsuliyyəti yungülləşdirən haldır. Şəxs məsuliyyətini ağırlaşdıran halın olmamasını və İ qrup əlil olmasınınəzərə alaraq, hesab edirəm ki, onun barəsində inzibati cərimə tətbiq edilməsi qanuna müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128- 130-ci maddələrini rəhbər tutub, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar