Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-392/2024 12.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Əliyeva Əminə Malik qızının katibliyi, Mingəçevir şəhər prokurorunun köməkçisi X7, Barəsində protokol tərtib edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxsin hüquqi varisi X4 iştirakları ilə xx.xx.1979-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Mingəçevir şəhəri, H.Əliyev prospekti, ev 445 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə keçmiş arvadı X1 məxsus mobil telefonu zədələyib yararsız hala salmışdır. Mingəçevir şəhər prokurorunun köməkçisi X11 məhkəmə iclası zamanı protokola uyğun izahat verərək təmin edilməsini xahiş etdi. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə spirtli içki qəbul etdiyindən keçmiş arvadı X5 ilə aralarında baş tutmuş sözlə mübahisə zamanı sonuncunu qəsdən həyatdan məhrum etdikdən sonra ona məxsus “Redmi” markalı mobil telefonun üzərində mövcud olan zədənin necə və hansı şəraitdə yaranmasını xatırlamır. Odur ki, məhkəmədən onun barəsində yüngül cəza verilməsini xahiş edir. İştirak etdiyi məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X10 ifadəsində göstərmişdir ki, həmin “Redmi” markalı mobil telefonu o, məhrum anası X2 almışdır. Hazırda Şəxs şikayətçidir və məhkəmədən onun barəsində tədbir görülməsini xahiş edir. İşdə olan xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan müəyyən olunur ki, “Redmi” markalı tipli mobil telefon smartfon tiplidir, “android” əməliyyat sistemi mövcuddur. Mobil telefon qara rəngli olmaqla üzərinə qoruyucu kaburo çəkilmişdir. Mobil telefonun uzunluğu 14 sm, eni isə 7 sm-dir. Mobil telefonun ön hissəsində, eləcə də sol yan hissəsində düymə yoxdur. Mobil telefonun sağ yan hissəsində səsucaldan və səsazaldan düymələr və telefonu yandırmaq üçün istifadə olunan güc düyməsi mövcuddur. Telefonun yuxarı ön hissəsində video və foto üçün istifadə olunan ön kamera vardır. Mobil telefonun arxa üst sol hissəsində 01 ədəd arxa kamera quraşdırılmışdır. Həmin kameranın altında bir ədəd işıq, aşağı hissəsində səsucaldıcı və adapter başlığının daxil olması üçün yuva yerləşdirilmişdir. Mobil telefonun arxa kamera hissəsində bıçaqla yetirilməyə xarakterik ola biləcək zədələr mövcuddur. Bu zədə nəticəsində mobil telefon istifadəyə yararsız haldadır. Mobil telefon istifadəyə yararsız halda olduğu üçün telefona baxış keçirilməsi mümkün olmadı. İşdə olan fotocədvəldə X2 məxsus mobil telefonların ön və arxa hissəsi görüntüləri görünür. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 41 saylı məktubdan görünür ki, “Redmi” markalı telefona və cihaza baxış protokoluna əsasən həmin telefon yararsızdır. İşlək vəziyyətdə mobil telefonun orta bazar qiyməti 650 manat, hazırkı vəziyyətdə isə 80 manat təşkil edir. İşdə olan sübutların qiymətləndirilməsi haqqında qərardan qərara alınmışdır ki, qərarın təsviri hissədə göstərilənlərə əsasən təqsirləndirilən şəxs Şəxs keçmiş arvadı X3 qəsdən həyatdan məhrum etdikdən sonra sonuncuya məxsus dəyəri 650 (altı yüz əlli) manat olan ‘‘Redmi” markalı mobil telefonu qəsdən məhv etməsi iş materialları ilə tam sübuta yetirildiyindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə inzibati icraat başlanılması barədə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror qarşısında vəsatət qaldırılsın. Meyitə baxış zamanı götürülmüş X8ma məxsus “Redmi” markalı smartfon tipli mobil telefon iş üzrə Aytən Məmmədovanın hüquqi varisi yaxın qohumu- oğlu X6 qaytarıldı. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2024-cü il tarixdə spirtli içki qəbul etdiyindən keçmiş arvadı X5 ilə aralarında baş tutmuş sözlə mübahisə zamanı sonuncunu qəsdən həyatdan məhrum etdikdən sonra ona məxsus “Redmi” markalı mobil telefonu yararsız hala salaraq 650 manat məbləğində ziyan vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, X9 ilk dəfə inzibati xəta törətməsi onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. İş materiallarında olan ekspert rəyindən də göründüyü kimi zərərçəkmiş şəxsə 650 manat məbləğində maddi ziyan dəymişdir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən halların olmasını, məsuliyyəti ağırlaşdıran halların olmamasını, hesab edir ki, Şəxs barəsində AR İXM-nin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini, həmçinin 650 manat məbləğində vurulmuş əmlak zərərinin əvəzinin zərərçəkmiş şəxsin hüquqi varisinə ödənilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 650 (altı yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs vurulmuş əmlak zərərinin əvəzi olaraq 650 (altı yüz əlli) manat məbləğində pul alınıb zərərçəkmiş şəxsin hüquqi varisinə X6 verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-392/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-392/2024
12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver