Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-393/2022 30.06.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1989-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM–in 510 və 206-cı maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə icasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2022-ci il tarixdə ictimai yer olan Mingəçevir şəhəri Puşkin küçəsində nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. xx.xx.2022-ci il tarixdə üzərində aparılmış tibbi müayinə zamanı onun Mingəçevir şəhəri ərazisində narkotik vasitə olan marixuana qəbul etdiyi müəyyən edilmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 206–cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətaları törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bildi və ifadəsində göstərdi ki, o, Mingəçevir şəhəri Puşkin küçəsində yerləşən qaynaq sexində qaynaqçı kimi çalışır. xx.xx.2022-ci il tarixdə 13:00 radələrində sexin qarşısında dayanmışdır. İş yoldaşı ilə aralarında mübahisə yaranmış və əsəbiləşərək söyüşlər söymüşdür. Bundan sonra polis əməkdaşları onu sexdən götürüb polis şöbəsinə aparmışlar. Orada sidiklə aparılan tibbi müayinədən sonra onun narkotik vasitə olan marixuanadan istifadə etdiyi müəyyən edilmişdir. O, həmin narkotik vasitə olan marixuananı bir ay bundan əvvəl iştirak etdiyi toy məclisində qəbul etmişdir. Onun himayəsində xx.xx.2013-cü il təvəllüdlü Fatimə və 02 may 2015-ci il təvəllüdlü Qalib adlı 2 nəfər azyaşlı uşaqları vardır. Əməlindən peşmandır. Odur ki, məhkəmədən onun barəsində həbslə bağlı olmayan inzibati tənbeh tətbiq edilməsini xahiş edir. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə Puşkin küçəsində ünvansız küçə söyüşləri söymüşdür. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, mütəmadi olaraq Mingəçevir şəhəri ərazisində narkotik vasitə olan marixuana qəbul etməsi xx.xx.2022-ci il tarixdə aparılan tibbi müayinə zamanı aşkar olunmuşdur. İşə əlavə edilmiş xx.xx.2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixdə saat 19:50-də inzibati qaydada tutulmuşdur. İşə əlavə edilmiş sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında xx.xx.2022-ci il tarixli 436 saylı protokoldan görünür ki, Şəxs narkotik maddələrin istehlakı nəticəsində yaranmış narkotik sərxoşluğu aşkar edilmişdir. İşə əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının təyin edilməsi haqqında qərardan görünür ki, Şəxs barəsində tərtib edilmiş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə məhkəmə-narkoloji ekspertizası təyin edilmişdir. İşə əlavə edilmiş Gəncə şəhər Narkoloji Dispanserin 30 iyun 2022-ci il tarixli 923 saylı rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var və narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. İşə materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü Fatimə və 02 may 2015-ci il təvəllüdlü Qalib adlı azyaşlı uşaqları vardır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin izahatını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2022-ci il tarixdə ictimai yer olan Mingəçevir şəhəri Puşkin küçəsində nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmaqla və xx.xx.2022-ci il tarixdə aparılan tibbi müayinə zamanı Mingəçevir şəhəri ərazisində narkotik vasitə olan marixuanadan istifadə etməsi müəyyən edilməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 206–cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, özünün etirafedici ifadəsi, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs himayəsində 2 azyaşlı uşağının olması və əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən hallardır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə, həmçinin qeyd edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 206-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli olması sübuta yetirilsə də, İXM-in 510-cu maddəsinə münasibətdə həmin Məcəllənin 206-cı maddəsi daha ciddi xəta hesab edildiyinə görə ona həmin Məcəllənin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların mövcud olmasını, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində İXM-in 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimənin dörddə üçü həddində inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə, həmçinin qeyd edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edildiyindən, onun barəsində narkomaniyadan müalicə təyin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə və Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-393/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-393/2022
30.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver