Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-393/2024 08.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Əliyeva Əminə Malik qızının katibliyi ilə Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi X3 nümayəndəsi (Vəkil, qərarından şikayət verilmiş X10 Xidməti Mingəçevir Regional Ərazi şöbəsinin nümayəndəsi X4 iştirakı ilə, Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Mingəçevir Regional Ərazi şöbəsinin MN ******* №li, xx.xx.2024-cü il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından şikayətə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ M: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Mingəçevir Regional Ərazi şöbəsinin xx.xx.2024-cü il tarixli MN ******* №li inzibati xəta haqqında qərarı ilə Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi X8 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 900 (doqquz yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Barəsində inzibati qərar qəbul edilmiş Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi X8 DƏMX-nin Mingəçevir Regional Ərazi Şöbəsinin həmin qərarından şikayət verərək qərarın ləğv olunmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, müəssisənin işçisi X2 Mingəçevir şəhər Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinə əmək haqqının və istifadə edilməmiş əmək məzuniyyətinə görə (son haqq-hesab) ödənilməməsinə dair ərizəsi əsasında X10 ARAN regional şöbəsi Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi X6 Azərbaycan Respublikası İXM-nin 192.4-cii maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilməsinə dair xx.xx.2024-cü il tarixdə inzibati protokol tərtib etmiş və xx.xx.2024-cü il tarixli, MN № ******* saylı Qərarı ilə 900 manat məbləğində cərimə etmişdir. İnzibati pozuntu ilə bağlı tərtib edilmiş protokol ona təqdim edilməmiş, xx.xx.2024-cü il tarixli, MN № ******* saylı Qərar isə poçt zərfində müddəti bilinməsə də idarəyə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Bu səbəbdən müdafiə olunmaq hüququm məhdudlaşmış və şikayət vermək imkanını üzrlü səbəbdən buraxmışdır. Ona görə də DƏMX-nin Mingəçevir regional ərazi şöbəsinin rəisinin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasını barədə qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxsin nümayəndəsi Vəkil oğlu məhkəmə iclasında eyni məzmunda izahat verərək şikayətin təmin olunmasını, DƏMX-nin xx.xx.2024-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında iş üzrə qərarın ləğv olunmasını barədə qərar qəbul edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Mingəçevir Regional Ərazi, şöbəsinin nümayəndəsi Camalzadə Camal lətif oğlu məhkəmə iclasında şikayətin dəlillərini qəbul etməyərək izahatında bildirdi ki, Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı və Abadlaşdırma İdarəsinin işçisi X1 Əmək Müfəttişliyi Xidmətinin Mingəçevir Regional Ərazi şöbəsinə müraciətinə baxılaraq məlum olmuşdur ki, Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi X8 AR ƏM-nin 83 və 172-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozmuş və nəticədə Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi X8 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən 900 (doqquz) manat məbləğində cərimə edilmişdir. Qeyd olunan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surəti Mənzil Kommunal Təsərrüfatı və Abadlaşdırma İdarəsinə xx.xx.2024-cü il tarixdə poçt vasitəsilə çatdırılmışdır. Odur ki, şikayət əsassız olduğuna görə təmin olunmamasını xahiş edir. İş materiallarını araşdırıb hesab edirəm ki, şikayət ərizəsi geri qaytarılımalıdır. Belə ki, işə əlavə edilmiş “poçt göndərişlərinin izlənməsi” haqqında məlumatdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidmətinin Mingəçevir Regional Ərazi şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarın surəti Mənzil Kommunal Təsərrüfatı və Abadlaşdırma İdarəsinə xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, ünvan 1 ünvanda xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83 və 172-ci maddəsinin tələbləri pozularaq vətəndaş X5 (son haqq-hesab) ödənilməməsinə görə Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi X8 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, X8 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən 900 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-in 130.1-ci maddəsinin tələbinə görə bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1– 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 2019-cu il 3 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X15 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası ƏƏSMN yanında X10 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin vəzifəli şəxsinin xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti geri qaytarılmalıdır. Belə ki, Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı və Abadlaşdırma İdarəsi xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində şikayət və ya protest vermək hüququ olduğu halda göstərilən müddət ərzində həmin qərardan şikayət vermək üçün müddətin bərpasına dair məhkəməyə rəsmi qaydada müraciət etməmişdir. Belə olan halda şikayət geri qaytarımalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 130-cu maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİM: X10 Xidmətinin Mingəçevir Regional Ərazi şöbəsinin rəisinin Mingəçevir şəhər Mənzil Kommunal Təsərrüfatı və Abadlaşdırma İdarəsinin rəisi X3 İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə MN ******* №li xx.xx.2024-cü il tarixli qərarı ləğv olunması barədə şikayət ərizəsi geri qaytarılsın . Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-393/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-393/2024
08.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver