Məhkəmə qərarları › İş №3(051)-393/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-393/2025

27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-393/2025 27.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Borclu : Şəxs Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.1974–cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Borclu Şəxs Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(107)-290/2017 saylı və Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-224/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədləri üzrə 6630 manat məbləğində aliment borcunun ödənilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq, Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qətnamələrin tələblərinə məhəl qoymaraq icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(107)-290/2017 saylı icra sənədi ilə iddiaçı Vəliyeva (Əliyeva) Elnarə Vidadi qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli 2(051)-2270/2016 nömrəli qətnaməsi qismən təyin olunmuş sabit məbləğdə alimentə aid hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, tərəflərin birgə nikahlarından olan xx.xx.2007-ci il tarixdə doğulmuş Xəyal və xx.xx.2009-cu il tarixdə doğulmuş Aysu adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 100 manat olmaqla, iki uşaq üçün cəmi 200 manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs tutularaq Vəliyeva (Əliyeva) Elnarə Vidadi qızına verilməsi qət edilmiş, qətnamə qalan hissəsi dəyişdirilmədən saxlanılmış, qətnamənin dəyişdirilmədən saxlanılmış hissəsi ilə iddia tələbi qismən təmin edilmiş, Şəxs ilə Vəliyeva (Əliyeva) Elnarə Vidadi qızının arasında olan 31 mart 2010-cu il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış 122 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2007-ci il tarixdə doğulmuş Xəyal və xx.xx.2009-cu il tarixdə doğulmuş Aysu adlı uşaqların anaları Vəliyeva (Əliyeva) Elnarə Vidadi qızının yanında qalmasının müəyyən olunması qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-224/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi ilə Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(107)-290/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Şəxs xx.xx.2007-ci il tarixdə doğulmuş Xəyal və xx.xx.2009-cu il tarixdə doğulmuş Aysu adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi, alimentin tutulmasının qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan hesablanması qət edilmişdir. Lakin borclu tərəfindən borcun ödənilməsi təmin edilməmiş və nəticədə onun 6630 manat aliment borcu yaranmışdır. Borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Hazırda onun 6630 manat məbləğində borcu vardır. Borclunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırkı protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkara məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bununla belə onunla telefon əlaqəsi saxlanılmış, tələbkar borcludan borcunun 50 %-ini ödəməsini tələb etmişdir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, 10 gün vaxt verilsə, borcundan müəyyən məbləğ ödəməyə cəhd edə bilər. Hazırda aliment borcunu birdəfəyə ödəmək imkanı yoxdur. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə alınmasını məhkəmədən xahiş edir. İşdə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(107)-290/2017 saylı icra vərəqəsindən görünür ki, iddiaçı Vəliyeva (Əliyeva) Elnarə Vidadi qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli 2(051)-2270/2016 nömrəli qətnaməsi qismən təyin olunmuş sabit məbləğdə alimentə aid hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilmiş, tərəflərin birgə nikahlarından olan xx.xx.2007-ci il tarixdə doğulmuş Xəyal və xx.xx.2009cu il tarixdə doğulmuş Aysu adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşaq üçün 100 manat olmaqla, iki uşaq üçün cəmi 200 manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs tutularaq Vəliyeva (Əliyeva) Elnarə Vidadi qızına verilməsi qət edilmiş, qətnamə qalan hissəsi dəyişdirilmədən saxlanılmış, qətnamənin dəyişdirilmədən saxlanılmış hissəsi ilə, iddia tələbi qismən təmin edilmiş, Şəxs ilə Vəliyeva (Əliyeva) Elnarə Vidadi qızının arasında olan 31 mart 2010-cu il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış 122 saylı nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2007-ci il tarixdə doğulmuş Xəyal və xx.xx.2009-cu il tarixdə doğulmuş Aysu adlı uşaqların anaları Vəliyeva (Əliyeva) Elnarə Vidadi qızının yanında qalmasının müəyyən olunması qət edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-224/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(107)-290/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş, Şəxs xx.xx.2007-ci il tarixdə doğulmuş Xəyal və xx.xx.2009-cu il tarixdə doğulmuş Aysu adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi, alimentin tutulmasının qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanması qət edilmişdir. İşdə olan izahatlardan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı icra orqanının nümayəndəsinin və borclunun izahatları, eləcə də icra işinin materialları ilə müəyyən edildi ki, Şəxs Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(107)-290/2017 saylı və Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-224/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədlərinin icrasından qərəzli olaraq boyun qaçırmış, bu zaman icra sənədlərində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, icra məmuru tərəfindən Şəxs dəfələrlə borclu olduğu məbləği ödəmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də borcunu ödəməməsi, onun məsuliyyətini ağırlaşdıran haldır. Onun əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 33.1.1-ci maddəsində səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların mövcudluğunu, yüngülləşdirən halların olmamasını nəzərə alaraq, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 (səkkiz) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 27 may 2025–ci il tarixdən saat 16:50-dən hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar