Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-394/2025 27.05.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Hüseynzadə Rəşid Tofiq oğlunun katibliyi, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Borclu Şəxs və onun müdafiəçisi Vəkil iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1–ci maddəsi ilə barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1–ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru izahatında göstərdi ki, Biləsuvar rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qanuni qüvvəyə minmiş icra sənədi əsasında ondan alınaraq tələbkara verilməli olan borcun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktının tələblərinə məhəl qoymaraq borcun ödənilməsindən boyun qaçırmışdır. Borclunun icra vərəqəsi üzrə 8252 manat aliment borcu yaranmışdır. Borclu Şəxs izahatında bildirmişdir ki, tələbkara olan borcunu hər ay hissə-hissə ödəyəcəkdir. İnzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Borclunun müdafiəçisi Vəkil izahatında bildirmişdir ki, borclunun övladı artıq yetkinlik yaşına çatmış, tələbkar isə artıq borcunu tələb etmir. Odur ki, inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tələbkar lazımı qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə tələbkarın iştirakı olmadan işə baxılmasını mümkün sayır. Məhkəmə iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan xx.xx.2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Biləsuvar rayon Məhkəməsinin 2(022)-1081/2014 saylı, xx.xx.2014-cü il tarixli icra sənədi üzrə 8252 manat məbləğində aliment borcu Şəxs tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokola görə, İsmayılov X3 rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini icra etməmişdir. İşdə olan xx.xx.2018 və xx.xx.2022-ci il tarixli qərarlara əsasən Şəxs barəsində axtarış elan edilmişdir. İşdə olan izahatlardan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, borclunun izahatı, icra məmurunun məhkəməyə təqdim etdiyi məktubdan, işdə olan sənədlər və digər iş materialları ilə müəyyən olunur ki, borclu Şəxs icra sənədinin qəsdən və qərəzli olaraq icrasından yayınmamış, yəni borcunu maddi vəziyyəti yaxşı olmadığından ödəyə bilməmiş və xüsusən icra məmurunun qanuni tələbinə tabesizlik göstərməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından borclu X4 barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və borclunun izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, borclu ilə tələbkar arasında razılığı, eyni zamanda inzibati işin materialında da olan sənədləri nəzərdən keçirib iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, iş üzrə icraat xitam verilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən borclu X2 barəsində olan inzibati xəta haqqında işə, inzibati xəta hadisəsi olmadığı əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına müddətin keçməsinə görə xitam verilsin. Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-394/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-394/2025
27.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver