Məhkəmə qərarları › İş №3(051)-395/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-395/2024

25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-395/2024 25.07.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir Şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının, Əliyeva Əminə Malik qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 Tələbkar Zərərçəkmiş şəxs Borclu Şəxs iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Laçın rayonu, Alıqulu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, Laçın rayonu, Alıqulu kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş icra sənədi əsasında ondan alınaraq tələbkara verilməli olan borcun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktının tələblərinə məhəl qoymaraq borcun ödənilməsindən boyun qaçırmışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X2 izahatında göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)-95/2021 saylı qanuni qüvvəyə minmiş icra sənədi əsasında ondan alınaraq tələbkara verilməli olan borcun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktının tələblərinə məhəl qoymaraq borcun ödənilməsindən boyun qaçırmışdır. Hazırda tələbkar və borclu öz aralarında razılığa gəldiyindən inzibati xəta haqqında protokola xitam verilməsinə etiraz etmir. Tələbkar Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(051)-95/2021 saylı qətnaməsinə əsasən borclu Şəxs iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay xx.xx.2014-cü il təvəllüdlü Kərəm və xx.xx.2015-ci il təvəllüdlü Nihat adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 120 manat, cəmi 240 manat aliment tutulub ona verilməsi qət edilmişdir. Hazırda onlar öz aralarında razılığa gəlmişlər. Borclu borcundan ümumilikdə 560 azn manat ödəniş etmişdir. Borclu ona olan borcunu hər ay hissə-hissə ödəyəcəkdir. Hazırda şikayəti və tələb olmadığından inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. Borclu Şəxs izahatında bildirmişdir ki, hazırda o borcundan ümumilikdə 560 AZN ödəmişdir. Qalan məbləğ barədə onlar öz aralarında razılığa gəlmişlər. Ona olan borcunu hər ay hissə-hissə ödəyəcəkdir. İnzibati xəta haqqında protokola xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-95/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icra ödənişinin 1300 manat məbləğində borcu Şəxs tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-95/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, borclu Şəxs iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay xx.xx.2014-cü il təvəllüdlü Kərəm və xx.xx.2015-ci il təvəllüdlü Nihat adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 120 manat, cəmi 240 manat aliment tutulub Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1 icraatına daxil olmuş Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-95/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə icraata başlamışdır. İşdə olan xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, ondan 2(051)-95/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədləri üzrə borcunun 10 gün müddətində könüllü icrası xahiş edilmişdir. İşdə olan qəbzlərdən görünür ki, Şəxs Zərərçəkmiş şəxs borcundan 300 və 250 AZN məbləğ pul ödəmişdir. İşdə olan izahatlardan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. Beləliklə, borclunun izahatı, icra məmurunun məhkəməyə təqdim etdiyi məktubdan, işdə olan sənədlər və digər iş materialları ilə müəyyən olunur ki, borclu Şəxs icra sənədinin qəsdən və qərəzli olaraq icrasından yayınmamış, yəni borcunu maddi vəziyyəti yaxşı olmadığından ödəyə bilməmiş və xüsusən icra məmurunun qanuni tələbinə tabesizlik göstərməmişdir. Belə ki, məhkəmə iclası zamanı müəyyən olundu ki, borclu icra sənədi üzrə yaranmış borcundan tələbkara hər ay hissə-hissə ödəniş etmiş etmə şərti ilə tələbkar və borclu arasında razılaşma əldə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadığından borclu Şəxs barəsində inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokolu, icra məmurunun, tələbkarın və borclunun izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, borclu ilə tələbkar arasında razılığı, eyni zamanda inzibati işin materialında da olan sənədləri nəzərdən keçirib iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, iş üzrə icraat xitam verilməlidir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən borclu Şəxs barəsində olan inzibati xəta haqqında işə, inzibati xəta hadisəsi olmadığı əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi (Mingəçevir şəh., S.Vurğun 16) vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə (Şəki şəh., Sabit Rəhman 7) şikayət verilə bilər. Hakim: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar