Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-395/2025 13.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Şikayət vermiş şəxs X5 nümayəndəsi və vəkili Vəkil, X8 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X3 iştirakı ilə X5 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mərkəzi Aran regional şöbəsi xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şikayət: X10 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı "xxxx" MMC-nin icraçı direktoru X5 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə əsasən 3000 manat məbləğində cərimə olunması barədə inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətin əsaslandırılması: Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində AR ƏƏSMN yanında X8 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən MN ******* saylı qərara əsasən ünvan 1 ünvanda yerləşən "xxxx" MMC-nin icrası direktoru X10 vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 3000 manat məbləğində inzibati cərimə edilmişdir. Həmin qərar tamamilə qanunsuzdur, əsassızdır və qərəzli xarakter daşıyır. Tərtib olunmuş inzibati xəta haqqında protokol və qərardan görünür ki, "xxxx" MMC-də xx.xx.2024-cü il tarixdə işə götürən Röyal Quliyev tərəfindən işçi X1 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” və “c”, 83-cü maddəsinin 4-cü və 172-ci maddəsinin tələbləri pozularaq xitam verilmiş və son haqq hesabı sonuncu iş günü ödənilməmiş, xx.xx.2024-cü il tarixdə X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb etmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozmuşdur. Aktı tərtib edərkən aktı tərtib edən şəxs tərəfindən "xxxx" MMC-nin rəsmi işçisi olan X11 qeyd etmək əvəzinə, X6 qeyd edilmişdir. X2 xx.xx.2023-cü il tarixdən "xxxx" MMC-nin işçisidir. X6 ilə X11 qardaşdırlar. Həsənov Ehtiram "xxxx" MMC-nin işçisidir. "xxxx" MMC ilə "xxxx" MMC-nin birgə müqavilələri var. Xidmət sahələri isə yaxındır. İçkilərin dillerliyi ilə bağlı məsələdə birgə fəaliyyət göstərirlər. Akt tərtib edərkən "xxxx" MMC-nin rəsmi işçisi olan X11 qeyd etmək əvəzinə, X6 qeyd edilmişdir. Həmin vaxt Ehtiramdan hansı MMC-nin işçisi olması soruşulmamış, heç bir izahatı da alınmamışdır. xx.xx.2024-cü il tarixdə aktla tanış olarkən müəyyən edilmişdir ki, satış təmsilçisi kimi X6 qeyd edilmiş, ancaq həmin şəxs "xxxx" MMC-nin işçisi kimi göstərilməmişdir. Buna baxmayaraq X8 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən X4 "xxxx" MMC-nin işçisi kimi qəbul edərək onunla əmək müqaviləsi səbəbindən hər hansı bir əsas olmadan "xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı: Məhkəmə iclasında X5 nümayəndəsi və vəkili Vəkil ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verərək şikayətin təmin edilməsini, X8 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən barələrində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında X8 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X7 izahat verərək, X8 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən X10 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarı qanuni olmuşdur. Odur ki, şikayətin təmin edilməməsini xahiş edir. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş: Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, X11 xx.xx.2023-cü il tarixdən müddətsiz olaraq "xxxx" MMC tərəfindən işə götürülmüşdür. xx.xx.2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, "xxxx" MMC-də xx.xx.2024-cü il tarixdə işə götürən Röyal Quliyev tərəfindən işçi X1 əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” və “c”, 83-cü maddəsinin 4-cü və 172-ci maddəsinin tələbləri pozularaq xitam verilmiş və son haqq hesabı sonuncu iş günü ödənilməmiş, xx.xx.2024-cü il tarixdə X4 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb etmiş, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozmuşdur. xx.xx.2025-ci il tarixli 3-17-5/2-45588/2025 saylı X8 Xidməti Mərkəzi Aran regional şöbəsi tərəfindən "xxxx" MMC-nin icraçı direktoru Röyal Quliyevə ünvanlanmış məlumatdan görünür ki, X8 Xidməti Mərkəzi Aran regional şöbəsinin MN ******* nömrəli xx.xx.2025-ci il tarixli qərarı ilə Azərbaycan RespublikasıİXM-nin 192.1-ci maddəsinə əsasən 3000 manat məbləğində cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" MMC-nin direktoru X10, xx.xx.2024-cü il tarixdə X4 Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3000 manat məbləğində inzibati cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli 005652/1895 №li distribyutorluq müqaviləsindən görünür ki, təchizatçı "xxxx" MMC ilə distribyutor "xxxx" MMC arasında distribyutorluq müqaviləsi imzalanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin aşağıdakı maddələrinə əsasən; 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.3-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 192.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmənin iş üzrə gəldiyi nəticə: X8 Xidmətinin Mərkəzi Aran regional şöbəsi inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərar qəbul etməklə AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən "xxxx" MMC-nin direktoru X10 3000 manat məbləğində cərimə edilmişdir. Barəsində qərar qəbul edilmiş şəxsin nümayəndəsinin izahatından görünür ki, X6 "xxxx" MMC-nin işçisi olmadığı halda X8 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən həmin MMC-nin işçisi kimi qeyd olunaraq inzibati məsuliyyətə cəlb etmişdir. "xxxx" MMC-nin direktoru X12 barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən xəta ilə bağlı olan işçi kimi qeyd edilmiş şəxsin izahatı alınmamış, hərtərəfli araşdırılma aparılmamışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sübutları nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin inzibati orqana qaytarılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 134.1.4, 135.1.1-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mərkəzi Aran regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün həmin inzibati orqana qaytarılsın. Şikayət qalan hissədə təmin edilməsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-395/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-395/2025
13.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver