Məhkəmə qərarları › İş №3(051)-398/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-398/2020

28.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-398/2020 28.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Barəsində protokol tərtib edilmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1959-cu il tarixdə Yevlax şəhəridə doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 mənzil 19 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbayjan Respublikası İXM-nin 157-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında işüzrə icraatda açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx xxxx 2020-ci il tarixdə ünvan 2 ünvanında Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər vurmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi, zərərçəkmiş şəxsin izahatı və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilmədi və ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs nə vurmuş, nə də itələmişdir. Əksinə, kürəkəni Adil Heydərov onu döymüşdür. Əli kifayət qədər yaşlı və xəstə adamdır. Onun Əlini vurması və yaxud itələməsi halı olmamışdır. Bütün bunlar kürəkəni Adilin uydurmasıdır. O, kürəkəni Adilin bankdan kredit götürmək barədə olan xahişini yerinə yetirə bilmədiyinə görə sonuncu tərəfindən döyülmüşdür. Belə ki, o, xx.xx.2020-ci il tarixdə qızının yaşadığı ünvana getmiş və orada bankdan kredit götürə bilmədiyini bildirmişdir. Həmin vaxt Adillə onun arasında sözlə mübahisə başlamış, nəticədə Adil Heydərov yumruq zərbəsi ilə onun sifət nahiyəsinə vurmuşdur. O, Adil Heydərov tərəfindən döyülən vaxt Zərərçəkmiş şəxs və onun digər oğlu Aydın Heydərov da evdə olmuşdur. Zərərçəkmiş şəxs və oğlu Aydın Heydərov onları ayırmışdır. Həmin vaxt o, Zərərçəkmiş şəxs vurmamışdır. Odur ki, barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı ifadəsində göstərdi ki, xx xxxx 2020-ci il tarixdə ünvan 3 ünvanında Şəxsla Zərərçəkmiş şəxs mübahisə edirdilər, yaxınlaşdı ki, onları ayırsın həmin vaxt Şəxs onu itələdi və o, sağ qolu üstə yığılıb xəsarət aldı. Hazırda Şəxs şikayətçidir. Odur ki, məhkəmədən onun barəsində qanuni tədbir görülməsini xahiş edir. İşdə olan xx xxxx 2020-ci il tarixli, 485 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət- sol said nahiyyəsində sıyrıq küt əşyanın (alətin) təsirindən törənmiş, törənmə müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir. Beləliklə, məhkəmə iclası zamanı təsdiq olundu ki, Şəxs xx xxxx 2020-ci il tarixdə Mingəçevir şəhərində Zərərçəkmiş şəxs vuraraq onun sağlamlığına ağırlıq dərəcəsi təyin edilməyən zərər yetirməklə qəsdən döymüşdür. Məhkəmə, Şəxs məhkəmə iclası zamanı izahatında göstərdiyi dəlillərə qiymət verərək hesab edir ki, həmin dəlillərin heç bir əsası yoxdur. Belə ki, Şəxs məhkəmə iclası zamanı zərərçəkmiş şəxsi vurmadığını bildirsə də, həmin hallar məhkəmə iclası zamanı tədqiq edilmiş sübutlarla təkzib olunmuşdur. Göründüyü kimi inzibati xəta törətmiş şəxs formal mülahizələrlə inzibati xəta törətmədiyini bildirməklə, məsulıiyyətdən yayınmaq istəyir. Ona görə də məhkəmə Şəxs məhkəmə iclası zamanı bildirdiklərinə tənqidi yanaşır və nəzərə almır. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, 10 gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar