Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-398/2024 20.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Əliyeva Əminə Malik qızının katibliyi Azərbaycan Respublikası İXM–nin 343.1 və 535.1-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Bundan əlavə Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 343.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. Ona görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 343.1 və 535.1-ci maddələri ilə ayrı-ayrı inzibati xəta haqqında protokollar tərtib edilərək, məhkəməyə verilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 43.1-ci maddəsinin tələbinə görə eyni şəxs yəni Şəxs tərəfindən törədilmiş inzibati xətaya dair işlərə baxılması məhkəmənin səlahiyyətinə aid olduğundan, həmin işlərə eyni vaxtda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2020-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Odur ki, icraatda olan 3(051)-398/2024 saylı inzibati iş 3(051)-397/2024 saylı işlə birləşdirilməli, işə 3(051)-397/2024 nömrə ilə vahid nömrə verilməli və həmin işlərə eyni vaxtda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı və xx.xx.2024cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokollar üzrə müvafiq olaraq 3(051)-398/2024 saylı inzibati iş, 3(051)-397/2024 saylı işlə birləşdirilsin, 3(051)- 397/2024 nömrə ilə qeydiyyata alınsın və həmin işlərə eyni vaxtda baxılsın. Sədrlik edən: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-398/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-398/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver