Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-398/2025 12.08.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Şəxs Azərbaycan Respublikasının İXM-nin 606.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair materiala baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində Mingəçevir Şəhər Prokurorluğu tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qərara alınmışdır. Qərara görə Şəxs yekun rəy verilməsi üçün Dövlət Tibbi-Sosial Eksperiza və Reabilitasiya Agentliyinə getməli olması barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, getməkdən imtina etmişdir. Bununla da, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 606.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanması qərara alınmışdır. Həmin material baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndənin iştirakı təmin edilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, material barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs olmadığına görə geri qaytarılmalıdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında işə baxarkən hakim, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakını məcburi hesab edə bilər. 61.5-ci maddəsinə əsasən İnzibati həbs, Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxarma və ya ictimai işlər nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. 606.3. Çağırışçıların və hərbi vəzifəlilərin bu Məcəllənin 604-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, qanunla nəzərdə tutulmuş hallarda həqiqi hərbi xidmətə çağırış, tibbi müayinə (tibbi şəhadətləndirilmə), hərbi hissələrə təhkim edilmə, müvafiq toplanışlarla əlaqədar çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına üzrlü səbəblər olmadan gəlməməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak etməmişdir. Onun iştirakının təmin edilməsi məqsədilə bütün tədbirlər görülmüş, lakin onun iştirakı təmin edilməmişdir. Bu səbəbdən ictimai işlər növündə inzibati tənbeh nəzərdə tutan inzibati xəta haqqında materiala baxılması mümkün olmamışdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 62, 100, 109-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 606.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair material Mingəçevir Şəhər Prokurorluğuna geri qaytarılsın. Sədrlik edən Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-398/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-398/2025
12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver