Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-4/2023 04.04.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs-nin direktoru X2 iştirakları ilə, Şəxs-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında materiala baxaraq, MÜƏYYƏNETDİ: Məhkəmə iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərarı və materiallar səlahiyyəti olan şəxslər tərəfindən düzgün tərtib olunmuşdur və natamam deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya baxılması hakimin səlahiyyətinə və bu məhkəməyə aiddir. İnzibati xəta haqqında protokola əsasən Şəxs-də xx.xx.2022-ci il tarixdən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaması müəyyən olunmuşdur. Buna görə də, Şəxs-nin barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi tərəfindən İXM-nin 469.2ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(051)-294/2022 saylı qərarına əsasən Şəxs barəsində İXM-in 469.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mərkəzi Aran X12 Apellyasiya Məhkəməsinə Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(051)-294/2022 saylı qərarından şikayət vermiş, Şəki Apellyasiya Məhkəməsinin 3(107)-276/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə şikayət qismən təmin olunmuş və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli 3(051)-294/2022 saylı qərarı ləğv olunaraq, işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs-nin direktoru X7 izahatında bildirdi ki, MMC-nin əvvəlki direktoru X3 ilə xx.xx.2021-ci il tarixli PH********** saylı müqavilə ilə 17 nəfər işçi üçün 103.8 manat sığorta haqqı ödəyərək işçiləri sığortalamışdır. xx.xx.2021-ci ildə o, MMC-nin direktoru olmuşdur. Onun adı ilə sayta daxil olan zaman yenilənmiş işçilərlə əlaqədar heç bir müqavilə görünməmişdir. Sığorta təşkilatı tərəfindən bütün işçilər üçün xx.xx.2022-ci il tarixdə PH**********/21 saylı sığorta müqaviləsinin 11-ci əlavəsi bağlanaraq cəmi 75 qəpik əlavə vəsait hesab fakturası yaranması bildirilmişdir. Əgər işçilərlə müqavilə bağlanmasaydı 11-ci əlavəyə əsasən xx.xx.2022-ci il tarixə əlavə vəsait cəmi 75 qəpik olmazdı. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsinin nümayəndəsi baş əmək müfəttişi X4 24 oktyabr 2022-ci il tarixli məhkəmə iclası zamanı ifadəsində göstərmişdir ki, Şəxs-də may 2022-ci il tarixədək işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmamışdır. Bununla da Şəxs İXM-in 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. X6 məhkəməsinin göstərdiyi hallarla razılaşmır, işə yenidən baxmağı və qanuna müvafiq qərar çıxarılmasını xahiş edir. Məhkəmə daxil olmuş inzibati iş üzrə materialları və sübutları nəzərdən keçirdib belə qərara gəlir ki, inzibati iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan xx.xx.2022-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Grand River” MMC-də xx.xx.2022-ci il tarixdən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaması müəyyən olunduğundan, Şəxs-nin barəsində AR İXM-nin 469.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli MN ******* inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərərdaddan görünür ki, Grand River” MMC barəsində AR İXM-nin 469.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığorta müqaviləsindən görünür ki, Şəxs Paşa Həyat Sığorta Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Şəxs-nin direktoru X5 əməlində inzibati xəta əlamətləri aşkarlanacağı təqdirdə inzibati protokol tərtib olunacağı haqqında xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli vəsatətdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs-nin direktoru X7 məhkəmədən İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verildiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İşdə olan İcbari Sığorta Bürosunun xx.xx.2023-cü ildə daxil olmuş sorğuya cavab məktubuna əsasən büronun informasiya sistemi vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzi informasiya sisteminə məlumatların real vaxt rejimində ötürülməsi fasiləsiz təmin edilmiş, hər hansı xəta aşkar edilməmişdir. Belə ki, məhkəmə iş materiallarındakı sənədlərlə və verilmiş izahatlarla müəyyən edir ki, Şəxs-də xx.xx.2022-ci il tarixdən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunmaması nəticəsində Şəxs inzibati xətanın törədilməsində təqsirlidir. Lakin, bütün bunlara baxmayaraq inzibati xəta haqqında protokol tərtib edildiyi gündən yəni 18 may 2022-ci il tarixindən 3 aydan artıq müddət keçməsinə baxmayaraq, inzibati xəta haqqında protokol tərtib olunan Şəxs barəsində həmin 3 aylıq müddət ərzində inzibati tənbeh tədbiri tətbiq olunmamışdır. Bu hal isə inzibati xəta törətmiş hüquqi şəxsin inzibati məsuliyyətdən azad olunması üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyrihökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işlər barədə qərar çıxarılır. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyi gündən yəni 18 may 2022-ci il tarixindən 3 aydan çox müddət keçdiyindən və həmin müddət ərzində inzibati tənbeh tətbiq olunmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48– 50, 53, 106, 109, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-4/2023
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-4/2023
04.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver