Məhkəmə qərarları › İş №3(051)-400/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-400/2024

21.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-400/2024 21.06.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Cəbrayılzadə Elza Vaqif qızının, Əliyeva Əminə Malik qızının katibliyi, Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X1 Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçisi X4 iştirakı ilə xx.xx.1986–cı il tarixdə Ağdam rayonu Şıxlar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, Mingəçevir şəhəri Ağdam rayonu Qərvənd Ərazi Dairəsində, Şıxlar kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM–nin 510-cu maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə icasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə saat 10:00 radələrində Mingəçevir şəhərində Zərərçəkmiş şəxs prospektində yerləşən 2 № li MİS-nin qarşısnda ucadan nalayiq ifadələr işlədib səs-küy salaraq ictimai asayişi pozmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510-cumaddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi inzibati xəta haqqında protokol və işdə olan mötəbər sənədlərlə təsdiq olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı öz ifadəsində göstərdi ki, o, 2000-ci ildən Mingəçevir şəhəri Puşkin küçəsində qeydiyyatdadır və yaşayır. İcra Hakmiyyəti başçısının, Mingəçevir şəhər Polis şöbəsinin və bir neçə səlahiyyətli şəxsin qəbulunda olmuşdur. Onlar ona deyirlər ki, burada yaşama. Onlar orada toyuq cücə saxlayaraq onların yaşayışına mane olurlar. O, yağış yağan vaxtı gedib MİS-nin müdirinə müraciət etmişdir ki, evi su basıb təmizlik etsinlər. Bu adam həmin vaxt onun üstünə hücum etmişdir. O, dəfələrlə aidiyyati yerlərə şikayət etmişdir ki, onlarla bağlı tədbir görsünlər. O, jekin müdirinə bildirdi ki, onların binasını su basıb gəlib təmizləsinlər. Lakin onu həin vaxt bu şəxslər jekin həyətində üstünə hücum çəkdilər söyüb təhqir etdilər. Daha sonra bu şəxs onu öldürməklə hədələyərək onu baltalayacağını bildirdi. Daha sonra polisdə onlarla mübahisələri olmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, müdafiəçisi X7 məhkəmə iclası zamanı verdiyi izahatında bildirdi ki, protokol əsassızdır və Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir Məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatında göstərdi ki, o, MİS-də işləyir. Onlara MİS rəhbəri iş tapşırmışdır. X12 gəldi. O, işləyən vaxt Vasib ucadan ona “sənə neçə dəfə demişəm” ki, deyərək səsküylü formada mübahisə etdi. O, həmin vaxt gülləri sulayırdı. X12 yaşayış binasının qabağında söyüş söyərək onu təhqir etdi. Vasib onu vurmaq istəyəndə kənardan onları ayırdılar. Ondan sonra o, MİS rəhbərinə bildirdi ki, Vasibdən şikayət etmək istəyir. Çünki Vasib ona heçnə demədən onu pis söyüşlərlə söyərək təhqir etmiş və onu vurmaq istəmişdir. Həmin vaxt onun yanında iş yoldaşları Mərdan və Rafiq var idi. Vasib onu həmn vaxt MİS-nin qabağında təhqir edici söyüşlərlə təhqir etmişdir. Ondan sonra o, polis şöbəsinə getmişdir. Orada o, sadəcə az miqdarda toyuq cücə saxlayır. Maddi imkanı zəif olduğu üçün toyuq cücə saxlayırlar həmin binanın qabağında. Həmçinin həmin binanın yaşayışçıları Vasisbdən şikayətçidirlər. Həmin şəxs onu iş yerinin yanında hər kəsin yanında söyətək təhqir etmişdir. Ondan şikayətçidir. Məhkəmə iclasında Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X2 protokola uyğun izahat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, onlar səhər işdə idi. X12 gəldi. Vasibi tanımır. Vasib müdirin yanına mnüraciətə gəlmişdir. X6 arasında mübahisə yarandı. Vasib Hüseynlə dalaşdı və söyüşdülər amma heç kim bir birini vurmadı və başqa hərəkətlər etmədi. Söyüş söyən Vasib idi. Həmin vaxt ona irad bildirdi ki, söyüş söyməsin. Həmin vaxt onlar hər ikisi bir birini söydülər. Lakin kimin birinci kimə söydüyünü bilmədi. Ancaq bir birlərinə nalayiq söyüşlər söydülər. Vasib adlı şəxs çox aqressiv idi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, o, MİS-də slesar işləyir. Onların bu davası birinci dəfə deyil. Hər zaman onlar toyuq-cücə üstündə dava ediblər. Ayın onbiri günü o, 13 nömrəli MİS-nin binasına getmişdir. O, gələndən sonra gördü ki, onlar biri biri ilə dava edirlər. Həmin vaxt onlar biri-birlərini söyüb təhqir edirdilər. Onu həmin vaxt orada yaşayan sakinlər və MİS işçiləri də təsdiq edə bilərlər. Mübahisə əsasən toyuq cücə üstündə baş verir. İşdə olan 21 iyun 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs İXM 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola, işdə materiallarına və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsinə qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs ictimai qaydanı pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510–cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 510-cu maddəsinə əsasən yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq hesab olunur və əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs ilk dəfə inzibati xəta törətməsi və əməlindən peşman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Belə ki, Azərbaycan Respublikası İXM-in 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi məsuliyyəti ağırlaşdıran haldır. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halın olmasını nəzərə alaraq, hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar