Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-401/2021 07.05.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu və Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında 26 yanvar 2021-ci il tarixli, EQ ******* nömrəli protokolundan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i m: Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında 26 yanvar 2021-ci il tarixli, EQ ******* nömrəli protokolu ilə X2 Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 26 yanvar 2021-ci il tarixli, EQ ******* saylı qərarı ilə 60 (altmış) manat miqdarda inzibati cərimə olunmuşdur. R.R.İslamov həmin protokoldan şikayət verərək, ona təyin olunmuş 60 manat cərimənin ləğv olunmasını xahiş etmişdir. Şikayət və ona əlavə olunmuş sənədlərlə tanış olaraq hesab edirəm ki, aşağıdakılara əsasən şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, şikayət vermiş şəxs X1 Mingəçevir şəhər məhkəməsinə ünvanladığı və 04.05.2021-ci il tarixdə Mingəçevir şəhər məhkəməsinə daxil olmuş ərizəsindən görünür ki, şikayət və ona əlavə olunmuş sənədlərin baxılmadan geri qaytarılması xahiş olunur. Belə olan halda şikayət baxılmadan Rəşad İslamova qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, qərara aldım: X1 Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin İnzibati tənbeh vermə haqqında 26 yanvar 2021-ci il tarixli, EQ ******* nömrəli protokolundan verdiyi şikayət geri qaytarılsın. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-401/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-401/2021
07.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver