Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-401/2025 03.06.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1976-cı il tarixdə Ağdərə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Mingəçevir şəhəri, 1-ci Naxçıvan döngəsi 14 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı, ünvan 2 ünvanında yerləşən mənzilinə gedərək səs-küy salaraq narazılıq yaratmaqla ictimai qaydanı pozmuşdur. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi işdə olan sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı göstərdi ki, Gültəkin adlı şəxs əvvəl onun işçisi olub. Özünün və qızının xahişi ilə ev almaq məqsədilə ona köməklik etmişdir. Hazırda ona borcları var. Bu fakt məhkəmə qətnaməsində təsdiqini tapmışdır. Onlar pulu may ayının sonuna qədər ödəməyi öhdəsinə götürmüşdür. Lakin pulu qaytarmadıqları üçün o, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı mənzilə getmiş və balkondan onu çağırmışdır. O, yalnız ondan pulunu tələb etmişdir. Həmin vaxt Zərərçəkmiş şəxsözü qəsdən səs-küy salmış və onu nalayiq ifadələrlə təhqir etmişdir. Bununla belə o, heç bir cavab qaytarmamışdır. Ona baxmayaraq, Zərərçəkmiş şəxs borclu olduğu pul məbləğini qaytarmamaq üçün onun barəsində polisə şikayət etmişdir. Halbuki, Zərərçəkmiş şəxs vəkili kimi özünü təqdim edən şəxs, ona zəng edib xx.xx.2025-ci il tarixdə pulun ödəniləcəyini bildirmişdir. Ondan sonra ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs apellyasiya məhkəməsinə şikayət vermişdir. Hesab edir ki, o, heç bir qayda pozuntusuna yol verməmiş və onun əməlində inzibati xəta tərkibi yoxdur. Odur ki, məhkəmədən izahatında göstərdiyi halları nəzərə alınmasını və barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs izahatında göstərdi ki, aralarında pul tələbi ilə bağlı mübahisə olmuş, qətnamə qəbul edilmiş, lakin o, apellyasiya məhkəməsinə şikayət vermişdir. Bununla belə Şəxs onun evinə gəlmiş, qapısını, pəncərəsini döymüş, ona nalayiq ifadələr işlətmiş, onu və azyaşlı nəvəsini narahat etmiş, həmçinin qonşuların yanında onu nüfuzdan salmışdır. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. İşə əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs ünvanına gedərək narazılıq yaratmışdır. İşə əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(051)-225/2025 saylı qətnaməsindən görünür ki, cavabdehlər Zərərçəkmiş şəxs və Cəbrayılova (Baxışova) Oksana İlqar qızından müştərək qaydada 10665 manat məbləğində pulun alınaraq iddiaçı Şəxs verilməsi, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumunun əvəzi 61 manatın cavabdehlərdən tutulub dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadığı ünvanına gedib səs-küy salıb narazılıq yaradıb ictimai qaydanı pozmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510–cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, həmçinin qeyd edir ki, barəsində protokol tərtib edilmiş şəxsin zərərçəkmiş şəxsin yaşadığı ünvana getməsi və pəncərəni döyüb onu narahat etməsi, həmçinin məhkəmə qətnaməsinin icra edilməsi qaydalarına zidd olaraq özbaşına olaraq pulunu tələb etməklə səs-küy salması, ictimai qaydanın pozulmasına səbəb olmuşdur. Belə ki, ictimai qayda-qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarını ehtiva edir. Bu halda barəsində protokol tərtib edilmiş şəxsin hərəkətləri məhkəmə aktlarının icrası qaydalarını tənzimləyən qanunvericilik normalarının tələblərinə zidd olmuşdur. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 40, 43, 48-51, 114, 128-130cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 80 (səksən) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-401/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-401/2025
03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver